Yuxarı

“Qarabağ klanı” Nikola savaş elan etdi - 11 dekabrdan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 11-dən etibarən Ermənistanda kütləvi aksiyalar başlaya bilər.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, həmin gün ölkənin ikinci prezidenti Robert Köçəryanın həbsdən azad olunması tələbilə piket və mitinqlərin keçirilməsi qərarının veriləcəyi gözlənilir. Artıq “Prezidentə azadlıq” təşəbbüs qrupu bununla bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, mövcud hakimiyyət Konstitusiyanı və Ermənistan qanunlarını kobud şəkildə pozub. Təşəbbüs qrupu hakimiyyətin məhkəməyə təzyiq etdiyini, ermənilərin milli maraqlarına zidd Dağlıq Qarabağı müdafiə komitəsinin sədri, “artsax qəhrəmanı”, “Dağlıq Qarabağ"ın birinci və Ermənistanın ikinci prezidenti”ni həbs etdiyini bildirib.

“Biz, Ermənistanın bir qrup vətəndaşı baş verənləri antikonstitusion cinayət kimi qiymətləndirərək, bu dəhşətli qanunsuzluqlara özümüzün həlledici səsimizi qaldırmağa hazırlaşırıq”, - bəyanatda bildirilib.

Təşəbbüskarlar mübarizənin mitinq mərhələsini elan etdiklərini bildirərək, hər bir vətəndaşı onlara qoşulmağa çağırıblar.

“Piket və mitinq günü 11 dekabrdan başlayacaq. Bizimlə birləşin!" - deyə bəyanatda qeyd edilir.

Göründüyü kimi, "Qarabağ klanı" N.Paşinyan hökumətinə savaş elan edib. Qarşıdakı günlərdə siyasi hərarətin güclənəcəyi şübhə doğurmur.

Tarix
2018.12.09 / 21:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla