Yuxarı

İrəvanın itirilməsi və ABŞ-ın adamı olan Nikol... - Markov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qarşıdurma mövcuddur və bu qarşıdurmada bəzən itirir, bəzən qazanırıq. Rusiya ümumiyyətlə tarix boyu bəzən elə məğlubiyyətlərə düçar olub ki, bu, çoxlarına fəlakət kimi görünüb.

Bu sözləri rusiyalı politoloq və tarixçi Sergey Markov Rusiya XİN rəhbəri Sergey Lavrovun Rusiya və Amerika qeyri-hökumət təşkilatlarının Ermənistandakı kəmiyyət nisbəti və Rusiyanın Ermənistanda itirməsi haqda açıqlamasını Axar.az-a şərh edərkən deyib.

“Napoleonun və ya Hitlerin işğallarını yad etmək kifayətdir. İşğallar zamanı Rusiya faktiki tənəzüllə üzləşdik, amma qısa zaman ərzində çox ciddi geridönüşlə hər şeyi yenidən bərpa etdik. Buna görə də baş verənlərə olduqca sakit və ayıq baxırıq. ABŞ və müttəfiqləri Rusiya Federasiyasına hücum etməyə çalışır, Rusiyaya qarşı real müharibə aparır.

Bu xarici qüvvələr Rusiyaya qarşı hibrit müharibə elan edib. Bu müharibə prosesi Ukraynada nasist rejimini hakimiyyətə gətirib. Bunun növbəti addımı Ermənistanda dövlət çevrilişi idi. Bu çevriliş qanunsuz güc vasitələrinin köməkliyi ilə həyata keçirildi.

Paşinyan rejimi öz addımlarını ABŞ-ın göstərişi ilə müəyyən edir. Ermənistanda faktiki olaraq sosial-ictimai diktatura yaranıb. Ermənistan hakimiyyəti hər bir qərarı Paşinyanın göstərişi ilə qəbul edir. Rusiya isə bütün bunlara baxmayaraq, Ermənistanla öz əlaqələrini tamamilə qırmaq istəmir, amma Rusiyaya zidd olaraq atılacaq bütün addımlara çox sərt cavab verəcək”, - Markov qeyd edib.

Tarix
2018.12.19 / 09:00
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla