Yuxarı

Bakıda sürücü 25 qəpiyə görə döyüldü - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib.

"Xəzər Xəbər"in məlumatına görə, hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib. Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasındakı mübahisə gedişhaqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.

Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadin sərnişin yenə mübahisəni davam etdirərək, sürücüyə "sən mənə 25 qəpik borclusan" deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.

Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər, çətinliklə də olsa, mane ola biliblər.

Qeyd edək ki, dava zamanı avtobusun şüşəsi sındırılıb.

Bakı Bus MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Bundan əlavə, şirkət tərəfindən də müvafiq sənədlər hazırlanır ki, polisə təqdim edilsin.

Tarix
2018.05.22 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla