Yuxarı

"Qarabağ"dan oyun alverinə - Sərt cavab

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2008-09 mövsümünü yaxşı xatırlayıram. Həmin vaxt Azərbaycan kubokunu futbolçuların əziyyəti sayəsində qazanmışıq.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

“İnter”in sabiq futbolçusu İon Testimitsianu Moldova mətbuatına müsahibəsi zamanı 2008-09 mövsümündə Azərbaycan çempionluğunu və kubokunu bilərəkdən verdiklərini bildirib.

Buna münasibət bildirən həmin mövsüm ölkə kubokunu qazanmış Ağdam klubunun rəsmisi Moldova millisinin sabiq məşqçisinin ittihamlarının əsassız olduğunu söyləyib: “Mənim belə bir açıqlamadan xəbərim yoxdu, ilk dəfədi sizdən eşidirəm. Ancaq “Qarabağ” heç vaxt belə işlərə əl atmayıb. Bunun sübutu da var. Yəqin həmin insan özünə diqqət cəlb etmək istəyir. Bilmirəm, niyə belə açıqlama verib, mənə də maraqlıdı. Dediyiniz mühitdə bu, mümkün olan şey deyil. Nəinki həmin mövsüm, ümumiyyətlə, heç vaxt “Qarabağ” belə oyunlara getməyib”.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “İnter” ölkə çempionatında çempion “Bakı”dan 1 xal geri qalıb. “İnter”in sabiq futbolçusu İon Testimitsianu Moldova mətbuatına müsahibəsi zamanı "Bakı" və "Qarabağ"a həlledici oyunu satdıqlarını iddia etmişdi.

Tarix
2017.02.11 / 00:53
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla