Yuxarı

Ramil Quliyevin böyük uğuru və qazancı açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən Atletika üzrə Dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanmaqla tarixi uğura imza atıb.

Axar.az xəbər verir ki, Ramil Quliyev Dünya çempionu olmaqla bu uğura imza atan 3-cü avropalı, 2-ci ağdərili atlet olub. Həmyerlimizin necə böyük uğura imza atdığını anlamaq üçün ondan əvvəlki 5 dünya çempionunun adına baxmaq kifayətdir. Belə ki, 2009, 2011, 2013, 2015 tarixlərində analoji yarışın qalibi qaçış yarışlarının əfsanəsi Useyn Bolt olub. Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında dünya çempionu olmaqla Useyn Boltun illərdir zəbt etdi taxta əyləşib.

Bu il həmçinin 100 metr məsafəyə qaçış yarışlarında da qüvvəsini sınayan Quliyev 9.97 saniyə göstəricisi ilə həmin məsafəni qət edə bilən 3-cü ağdərili idmançı adına layiq görülüb.

Beynəlxalq Atletika Federasiyası tərəfindən qızıl medala görə 60 min dollar mükafat alan Ramil Türkiyə Gənclər və İdman Nazirliyindən də 368 min lirə qazanmaqla, ümumilikdə, 572 min lirə mükafatın sahibi olub.

Qeyd edək ki, 2011-ci ildən Türkiyə millisində çıxış edən Ramil Quliyev karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.

Tarix
2017.08.11 / 12:47
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla