Yuxarı

Azərbaycan OPEK-in iclasında: Hesabat dinlənildi...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlcəzairdə OPEK+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclası keçirilib.

İclasda ölkəmizi energetika naziri Pərviz Şahbazov təmsil edib.

Energetika Nazirliyindən Axar.az-a bildiriblər ki, tədbirdə cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEK-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib.

2018-ci il iyunun 23-də OPEK və qeyri-OPEK ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib.

İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEK+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib. Nazir deyib:

“OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEK və qeyri-OPEK ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”.

İclasda OPEK+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.

Tarix
2018.09.23 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla