Yuxarı

Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Ukraynada keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yulii Samoylovoya buraxılmayacaq.

APA-nın verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylovoyun Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində Y. Samoylovoyun Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb müğənninin 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın “Avroviziya” Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb.

Tarix
2017.03.22 / 16:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla