Yuxarı

“Varlığım niyə türk xalqına ərməğan olsun ki?”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"91 ildə heç vaxt Türkiyədə demokratiya olmayıb".

Axar.az xəbər verir ki, Kann Film Festivalında "Qızıl Palma budağı" mükafatı qazanan "Qış yuxusu" filmi ilə dünyada şöhrət qazanan Türkiyənin məşhur aktyoru Haluk Bilginer "Ot" jurnalına müsahibə verərək maraqlı və çoxlarının asan həzm edə bilməyəcəyi fikirlər səsləndirib. Gəzi parkı hadisələrinə münasibət bildirən aktyor belə deyib:

"Türkiyə gəncliyinə olan ümidini itirmiş yaşlı kişi olaraq Gəzidə ümidlərim yenidən dirçəldiyi üçün çox xoşbəxtəm".

Axar.az aktyorun müsahibəsindən diqqət çəkən hissələri təqdim edir.

Gəzidə ümidlərim təkrar dirçəldi

- Gəzi hadisələri Türkiyə Cümhuriyyətinin miladıdır. Biz sabah, o biri gün öləcəyik, lakin bundan 50 il sonra, bundan 75 il, 100 il sonra Gəzi hadisələri mütləq xatırlanacaq. Türkiyə gəncliyinə olan ümidini itirmiş yaşlı kişi olaraq Gəzidə ümidlərim yenidən dirçəldiyi üçün çox xoşbəxtəm.

Müsəlmanlar namaz qılır, sosialistlər onları qoruyurdu

Ad günümü Gəzidə qeyd etdim. Oradakı uşaqların halı, o həmrəylik, o birlik; müsəlmanlar namaz qılırdı, sosialistlər başlarının üstündə keşik çəkirdi ki, heç kim onları narahat etməsin. Bu da Türkiyənin gələcəyi! Bu, möhtəşəm bir şeydir! Məni həyəcanlandıran və ümidləndirən bir şeydir bu! Gəziyə və Gəzidəki hadisələrə şahid olduğum üçün çox xoşbəxtəm.

Bunun adı fanatizmdir

Çünki solçuluq heç bir şeyə toxunmur; əzbərlədikləri ilə danışırlar, ətraflarına baxmadan, 1800-1900-cu illərdə yazılmış kitablardan oxuduqları və eşitdikləri şeylərin reallaşa biləcəyinə ümid edirlər. Bu iş əzbərlə olmaz, bunun adı fanatizmdir.

Atatürk milliyyətçiliyi nə deməkdir?!

Allah xətrinə, Atatürk milliyyətçiliyini izah edə biləcək bir insan oğlu varmı bu dünyada? Atatürk milliyyətçiliyi nədir? Heç kim bilə-bilməz. Amma Atatürk milliyyətçiliyi üçün insanlar ölür bu ölkədə, Atatürk milliyyətçiliyi üçün qətliamlar törədilib keçmişdə. Məsələn, mən heç nə bilmirəm bu mövzuda və birinin bunu mənə izah eləməsini gözləyirəm. Mənası olmayan, əzbərlənmiş, heç bir dərinliyi olmayan, heç kimin nə anlama gəldiyini izah edə bilməyəcəyi cümlələrdən yapışıb gedirik.

Mənim varlığım niyə türk varlığına ərməğan olsun ki?!

Bizə məktəbdə altı yaşımızdan bəri hər səhər "Varlığım türk varlığına ərməğan olsun" deyə qışqırmağı öyrətdilər. Bir gün belə düşünmədik bu sözün mənası nədir. Mənim varlığım niyə türk varlığına ərməğan olsun ki? Anlamıram. Mənim övladımın, mənim kiçik qızımın varlığı türk varlığına hədiyyə olacaqmış, hə? Mənim qızım, mənim altı yaşlı mələyim: "Varlığım türk varlığına ərməğan olsun", - deyə qışqıracaq, hə? Hər dəfə dərsdən çıxmağını gözləyərkən, "Allah qorusun", deyə qışqırıram arxasından.

Və gün gələr: "Himnimiz qadağan edilsin", - deyə bir qanun çıxanda hamıdan əvvəl solçular etiraz edir; çünki belə bir şeyi AKP istəyir. Yekə-yekə adamlar meydanlara çıxıb himnimizi oxudular. Mənasını belə bilmədikləri bir şeyi, altı yaşından bəri qışqırdıqları şeyi yenidən qışqırdılar.

Başımı divarlara vurmaq istəyirəm

Türk olsun, kürd olsun, fərqi yoxdur; 20 yaşlı cavanlar yaşamadan ölür və bir ana çıxıb "Vətən sağ olsun, bir uşağım olsa onu da göndərərəm", dediyi vaxt başımı divarlara vurmaq istəyirəm. Bir ana bu sözləri necə deyir axı, ya da biz yalnız elə deyənləri izləyirik, yalnız onları göstərirlər bizlərə. Bir neçə il bundan əvvəl bir ananın övladları ölmüşdü Anadoluda. Ana belə demişdi: "Mənim oğlum şəhid-filan deyil! Nə olduğu bilinməyən naməlum bir cinayətə qurban getdi". O qadının sözlərini də kəsintilərlə verirdilər, daha sonra isə ümumiyyətlə vermədilər".

Hitlerin də seçki ilə prezident olduğunu unutmayaq

Biz hələ də demokratiyadan danışırıq. Nə demokratiya, balam? 91 ildir Türkiyədə heç vaxt demokratiya olmayıb. Hitlerin də seçki yolu ilə prezident seçildiyini heç kim unutmasın.

Tarix
2014.12.03 / 10:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla