Yuxarı

II Milli Yaylaq Festivalının ilk günü yekunlaşdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 29-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə start götürən II Milli Yaylaq Festivalının birinci günü uğurla yekunlaşıb.

Kult.az xəbər verir ki, II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edir.

Festivalın qonaqları Xan yaylağının ərazisində yerləşən Yaylaq yurdu etno-qəsəbəsində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik guşələrlə tanış olublar.

Festivalın birinci günündə tədbir iştirakçılarına geniş və zəngin musiqili proqram təqdim olunub. Əsas səhnədə Bülbül adına 3 saylı Gəncə Uşaq Musiqi Məktəbinin “Gəncə” vokal triosunun, Kazan tatar rəqs və mahnı qrupunun, həmçinin Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Dağıstandan olan ifaçıların və rəqs qruplarının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ulduz səhnəsində isə Gəncə Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı “Azərbaycan ritmləri”, “Mehtər marşı”, məktəbin “Gəncə qönçələri” rəqs qrupu “Bayram süitası”nı, “Anayurd marşı” rəqsini, Kəlbəcər rayon Aşıq Şəmşir adına mədəniyyət evinin “Zurnaçılar” ansamblı “Cəngi”, “Oğuzu” rəqslərini ifa ediblər. Habelə Qazaxıstanın orijinal musiqi kollektivlərindən olan “Turan” etnoqrafik folklor ansamblının, Xarəzm Dövlət Filarmoniyası Aşula xalq musiqisi qrupunun çıxışları, Xalq artisti Şahnaz Haşımovanın Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə “Dedim-dedi”, “Qarabağ Azərbaycandır” mahnılarını ifa etməsi, eləcə də digər rəqs qruplarının və solo ifaçıların konserti festivala xüsusi rəng qatıb.

Festivalda iştirakçılar xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları ilə yanaşı, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri nümayiş etdirilir. Qonaqların istirahətinin yaddaqalan və maraqlı olması üçün gecə əyləncələri və oyunlar da təşkil olunur.

Qeyd edək ki, II Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilir.

İyulun 31-dək davam edəcək festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur.

Tarix
2022.07.29 / 21:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla