Yuxarı

Bu şəhərdən Bakıya birbaşa aviareyslər bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın "Somon Eyr" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Report-a Tacikistanın "Dourgard Adventures" turoperatorunun direktoru Gülrüxsor Nurova deyib.

"Hazırda Düşənbə-Bakı arasında uçuşlar test rejimində həyata keçirilir. Reyslərin mütəmadi olması planlaşdırılır", - G. Nurova bildirib.

O hesab edir ki, iki ölkə arasında əlavə reyslərin açılması xalqlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcək:

"Bundan əlavə iki ölkə arasında mövcud olan vizasız rejim də turizm sahəsində əməkdaşlığı gücləndirəcək".

Qeyd edək ki, "Somon Air" Tacikistanın milli aviadaşıyıcısıdır və Düşənbə hava limanında yerləşən aviaşirkət beynəlxalq sərnişin reyslərini Düşənbə və Xucənd şəhərlərindən həyata keçirir.

Azərbaycan Hava Yolları QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Eyrveys” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu 2023-cü ilin may ayında həyata keçirilib. Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşırdı.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, hazırda iki ölkənin paytaxtı arasında birbaşa uçuşlar həyata keçirilmir.

Tarix
2024.05.02 / 14:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı

Tatoyan təsdiqlədi: Ermənistana “keçən” 25 hektar ərazi…

XİN rəsmisi BƏƏ səfirini qəbul etdi

Putindən bircə gün öncə ABŞ-ın Çinə qarşı addımı…

Prezidentlər sərgilərlə tanış oldu

Əliyev artıq bütün Qafqaza cavabdehdir - Lukaşenko

Dünyada vəziyyət sürətlə mənfiyə doğru dəyişir - Prezident

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Ankara-Bakı-Tiflis əməkdaşlığı çox vacibdir - Kobaxidze

Bu, Bakı və İrəvan arasında tarixi fürsətdir - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla