Yuxarı

Avropadan Türkiyəyə tarixi cəza

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İnsan Haqları Məhkəməsi bu gün açıqlanan "Bənzər və digərləri Türkiyəyə qarşı" iddiasında Türkiyəni 2 milyon 305 min avro təzminat ödəməyə məhkum edib.

Türkiyəyə tarixi "kənd bombalama" cəzası

"Axar.az"ın "Hürriyət"ə istinadən verdiyi xəbərə görə, AİHM-in qərar çıxardığı hadisə 1994-cü il 26 mart tarixində yaşanıb. İddianamədə türk ordusuna aid hərbi təyyarələrin Şırnak bölgəsində yerləşən Quşqonar və Qoçağılı kəndlərini bombaladığı, şikayətçi Bənzərin 30-dan çox yaxın qohumunun öldürüldüyü, şikayətçilərin bəzilərini yaraladığı, mal-mülkünü və ferma heyvanlarını məhv etdiyi bildirilib.

Türk hökuməti isə iddia mövzusu olan hücumların PKK tərəfindən təşkil edildiyini deyir.

AİHM bu günki iclasında haqqında qərar verilən iddiada Avropa İnsan Haqları Müqaviləsinin 2, 3, 38 və 46-cı maddələrinin pozulduğuna dair hökm çıxarıb.

Türkiyə 38 şikayətçiyə 2 milyon 305 min avro təzminatdan əlavə 5 min 700 avro məhkəmə xərci ödəməyə məhkum edilib.

Tarix
2013.11.12 / 16:18
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla