Yuxarı

Rusiya Fransa seçkilərinə Feysbukla müdaxilə edib - İddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya kəşfiyyat agentlikləri Fransa Prezidenti Emmanuel Makronun seçki kampanyasına qarşı internet casusluğu edib, saxta Feysbuk hesabları vasitəsilə müdaxilə edib. Bu iddianı ABŞ konqresmeni və daha iki rəsmi şəxs iddia edib.

Müsavat.com xəbər verir ki, təxminən minlərlə saxta Feysbuk hesabı ilə Makronun seçki qərargahının rəsmi şəxsləri nəzarətdə saxlanılıb.

Rusiya isə Fransa seçkilərinə nə haker hücumları, nə də elektron məktublar və sənədlərin gizlicə əldə edilməsi yolu ilə müdaxilə etmədiyini bildirib. ABŞ kəşfiyyat agentliklərinin "Röyter"ə verdiyi məlumata görə, may ayında hakerlərin Rusiya hökuməti ilə əlaqəsi olub. Lakin hakerlərə əmrin Kremldən verildiyinə dair sübut yoxdur.

Feysbuk "Röyter"ə bu məlumatı təsdiqləyərək, bir neçə casus hesabların Fransada açıldığını, aşkar edildikdən sonra isə həmin hesabların dondurulduğunu bildirib.

Saxta hesablar Makronun dostlarının dostları kimi göstərilib və bununla da onlardan şəxsi informasiyalar alınmasına cəhd edilib.

Feysbuk işçiləri bu kimi cəhdlərin prezident seçkilərinin birinci turunda edildiyinə diqqət edib və hesabların keçmişdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (Müdafiə Nazirliyinə tabedir - red.) istifadə etdiyi proqramlardan olduğunu bildirib. BKİ həm də 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməklə ittiham edilir.

Fransa kəşfiyyat xidmətinin rəsmi şəxsləri seçki kampaniyasına edilən haker hücumlarla bağlı rəsmi şəkildə kimisə günahlandırmayıb. Seçki kampaniyası dövründə kiber təhlükəsizliyinə nəzarət edən və hal-hazırda da Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi olan Münir Mahjubi bəzi rəsmilərin hücumların arxasında Rusiyanın dayandığını düşündüyünü deyib. “Lakin onların dəlili yoxdur” – nazir deyib.

Feysbuk şirkəti bütün dünyadan gələn saxta hesabların açılması və yalan informasiyaların yayılmasına görə gələn tənqidlərə əsasən aprel ayında “informasiya əməliyyatı" da aparıb.

Tarix
2017.07.27 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla