Yuxarı

Rusiya Su-27-si ABŞ təyyarəsini təqib etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi təyyarəsi beynəlxalq sularda ABŞ kəşfiyyat təyyarəsini təqib edib.

Axar.az xəbər verir ki, Rusiyanın Su-27 qırıcı təyyarəsinin Oxot dənizində ABŞ kəşfiyyat təyyarəsini təqib etməsi məlumatını ABŞ Müdafiə Nazirliyi yayıb.

Ukrayna böhranı səbəbiylə əlaqələri korlanmaq dərəcəsinə gələn ABŞ və Rusiya bu dəfə Rusiyanın Oxot dənizində qarşı-qarşıya gəlib.

Pentaqon sözçüsü Stiv Varren ölkəsinə məxsus Boinq RC-135U tipi kəşfiyyat təyyarəsinə Rusiya hərbi təyyarəsinin 30 metrə qədər yaxınlaşdığını söyləyib.

Varren rus pilotun daha sonra təyyarəsində silah olduğunu ABŞ təyyarəsinə göstərmək üçün manevr etdiyini də bildirib.

Xatırladaq ki, bu ilin aprel ayında da bənzər bir hadisə Qara dənizdə baş vermişdi. Rusiya hərbi təyyarələri ABŞ donanmasına məxsus hərbi gəmilərin üzərindən alçaq məsafədən uçuş reallaşdırmışdı.

Tarix
2014.06.04 / 20:44
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla