Yuxarı

ATV kanalı satıldı - 1,1 milyarda

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çalık Qrup"u uzun müddətdir satmağı planlaşdırdığı ATV kanalını nəhayət ki, satıb. ATV-nin yeni sahibi 3 inşaat şirkəti olub.

"Gazeteciler.com" saytı TV8-in ardından ATV-nin də satıldığı xəbərini yayan ilk media orqanı olub.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk mediasında yenidən böyük dəyişikliklər olub. TV8 və "Axşam" qəzeti ilə "SkyTürk"ün də içində olduğu "Türkmedia"nın satılmasından sonra bu dəfə də ATV satılıb.

ATV-nin yeni sahibləri

ATV-nin yeni sahibi Kalyon İnşaat, Kolin və Limak üçlüyünün birgə ortaqlığı olub.

"Çalık Qrup"un 1.1 milyard dollara aldığı ATV-Sabah qrupunun ən önəmli markası olan ATV-nin yeni sahibi artıq Kalyon İnşaat-Kolin-Limak ortaqlarıdır.

Aerodrom inşaatını alan qrup

ATV-nin yeni sahiblərini cümhuriyyət tarixinin ən böyük tenderi olan İstanbuldakı 3-cü aerodrom inşaatından tanıyırıq. 4 şirkətdən ibarət Limak-Cengiz-Mapa-Kalyon-Kolin ortaq qrupu tenderi 22 milyard 152 milyon avro ilə qazanmışdı.

Artıq ATV-nin sahibi bu qrupda olan 3 firmadır. Firmaların ortaq xüsusiyyətlərindən biri inşaat sektorunda fəaliyyət göstərmələridir.

LİMAK: Ortaqlıqda iştirak edən Limakın təməli 1976-cı ildə atılıb. Daha çox inşaat işləri ilə məşğuldur.

KALYON: Kalyon şirkətinin əsasını da 1974-cü ildə qurulan inşaat şirkəti təşkil edir.

KOLİN: ATV-nin üç ortağından biri olan Kolin də bir inşaat şirkətidir. Təşkilatın təməli 1977-ci ildə qoyulub.

Tarix
2013.11.23 / 11:50
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla