Yuxarı

Özbəkistan hökuməti yanan avtobusla bağlı hərəkətə keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda içərisində bu ölkənin vətəndaşları olan avtobusun yanması və çoxsaylı insan tələfatı ilə bağlı xüsusi hökumət komissiyası yaradıb.

Axar.az xəbər verir ki, artıq Özbəkistan Müdafiə Nazirliyinin təyyarəsi Qazaxıstanda avtobus qəzasında həlak olanların nəşini gətirmək üçün Aktöbeyə uçub. Təyyarədə Hökumət Komissiyasının üzvləri, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, həkimlər, Xarici İşlər Nazirliyinin əməkdaşları var.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hadisə ilə bağlı Özbəkistanın Prezidenti Şövkət Mirziyayevə başsağlığı verib.

Xatırladaq ki, Qazaxıstanın Aktöbe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulovun sözlərinə görə, “İkarus” markalı avtobus hərəkətdə olarkən alışıb. Yanan avtobusdan yalnız beş nəfər sağ çıxa bilib.

Hadisə Çimkənt-Samara avtomobil trasında baş verib. Özbəkistandan Rusiyaya gedən avtobusda 54 Özbəkistan və 3 Qazaxıstan vətəndaşı olub. Ölənlərin hamısı Özbəkistan vətəndaşlarıdır.

Tarix
2018.01.18 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla