Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2017


Lomonosov I Pyotrun oğlu imiş - Faktlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lomonosovun hamı tərəfindən qəbul edilmiş bioqrafiyası ilə tanışlığın ilk mərhələsində, sadə bir insanın Peterburqun yüksək təbəqəsinin sıralarına birdən-birə yüksəlməsinə təəccüb etmədən dayana bilmirsən.

Akademikliyə qədər yüksəlmiş "arxangelskli kişi" bəzən öz həmkarlarını qarşısına yığıb onları çubuqla cəzalandırırdı. Bununla bərabər "kəndçi oğlu" bəzən çəkinmədən rus taxtının azyaşlı varisi Pavel Petroviçin də qulağından tutub dartırdı. Maraqlıdır ki, buna görə də heç kim ona cəza vermirdi.

Alimin hər kəsə bəlli olan tərcümeyi-halı son dərəcə sadələşdirilib. Məhz bu bizə Mixailin həyatının ilk anında olan vəziyyətini öyrənməyə vadar edir. Əvvəlcə bundan başlayaq ki, onun kökü kəndli yox, kifayət qədər varlı olan meşşan ailəsi ilə bağlı idi.

Barmaqarası baxış

Ölkənin şimalında dövlətə məxsus olan kəndlilər dənizlərdən azad istifadə etmək hüququna malik idilər və buna görə xarici tacirlərlə iş aparırdılar. Lomonosovun atası isə bu sahədə elə də uğursuz adam deyildi. Ağ dəniz və Şimal Buzlu Okeanında öz qayığı ilə ticarət edirdi.

Amma atanın heç bir fəaliyyəti onun oğlunun Moskvada yunan-latın slavyan akademiyasında, Kiyev ruhani akdemiyasında, Elmlər Akademiyasında təhsil alması və ya həmin yerlərdə işləməsinin səbəblərini açmağa kömək etmir. Hər dəfə kəndçi ailəsindən çıxan bu gənc təhsili üçün özünün ya dvoryan oğlu olması, ya da ki keşiş nəslindən gəlməsini tərcümeyi-halında yazmaqla müxtəlif yerlərə oxumağa gedə bilirdi. Maraqlıdır ki, administrasiya buna barmaqarası baxırdı.

Nəhayət, 1736-1741-ci illərdə Lomonosov ilk dəfə sistemli təhsil almaq üçün Almaniyaya yollanır və burada məşhur filosof Xristian Hans Volfdan dərs alır. Sadə adam üçün belə tip təhsilin alınması ağlasığmaz bir şeydir. Əgər əfsanələrdən birinə nəzər salsaq, məsələni daha asan aydınlaşdırıla bilərik. Bu əfsanəyə görə Mixailin çar I Pyotrun nikahdan kənar oğlu olduğu deyilir.

Nağıldakı kimi

Ağıldankəm Alekseydən başqa Pyotrun oğlu yox idi. Rusiyanı imperiyaya çevirmiş bir hökmdarın başqa davamçısının olmaması ölkədəki siyasi vəziyyəti daha da qəlizləşdirirdi. Çariça Yekaterina isə imperator üçün yalnız qız övladı dünyaya gətirirdi. Artıq hökmdar məğlubiyyətini qəbul etmişdi. Deyilənlərə görə o, hərdən bununla bağlı müxtəlif qərarlar verirdi. Qərarların birində çarəsiz qalaraq bildirmişdi: "Əgər hansı gözəl mənə oğul nəsib etsə, onu dərhal özümə şahzadə edərdim". Məsələni bir az da dəqiqləşdirək. Hökmdar belə bir qərarı nağılda verir. Çarın bu etirafından sonra ona çıxışı olan arxangelskli təriqətçilər bundan istifadə etmək qərarına gəlirlər. Onu Ust-Tosnoda olan zaman yetim qız Yelena ilə görüşdürürlər.

Bir azdan Pyotrun əmri əsasında gözəl Yelena ilə başqa bir yetim Vasili Drofoyevi evləndirirlər. Artıq getmək vaxtı çatanda o, təriqətçilərdən bir şey xahiş edir: "Əgər Tanrı oğul göndərsə, ona babam Mixail Fyodoroviçin şərəfinə Mixaylo adı verilsin. Mənim oğlum və onun üçün təyin edilmiş ata olan Vasili Lomonosov soyadı altında yaşasınlar. Hələ bu sirr yaşamalıdır. Amma mənim yaratdığım sirlər heç vaxt unudulmur". Alekseyin dəhşətli qətlindən sonra Pyotr hələ də oğlan övladı istəyirdi. Hər kəs ümid edirdi ki, Tanrı oğlan göndərəcək.

8 noyabr 1711-ci ildə Yelena oğlan övladı doğur. Ailədə hər kəs şad idi. Mərkəzdən ailəyə yardımlar gəlirdi. 1722-ci ildə Mişa Lomonosov əski təriqətçilərin Vıq çayında olan məktəbinə aparıldı. 1724-cü ildə onun taleyinə aydınlıq gəldi. Yelizavetanın hökmdar elan edilməsi onun taxta olan iddialarının məhvinə səbəb oldu.

Qeyri- rəsmi doğulmuş oğlunun taleyi tez-tez imperator I Pyotru narahat edirdi. Ölümündən bir az əvvəl hökmdar sinod Feofan Prokoroviçə Mixaili təriqətçilərin yanından alıb Moskvaya göndərməsini xahiş etdi. Əfsanəyə görə o, Feofana belə deyir: "Əziz müəllim, onu Moskva məktəblərində oxut və onun qayğısına qal. Ümumiyyətlə, ona olmaq istədiyi şeyin arxasınca getməyə icazə ver".

Ehtiyatlı Yelizaveta

Sinodun rəhbəri Feofan Prokoroviç imperatorun dediyi kimi Lomonosovun qayğısını çəkirdi. Peterburq Akademiyası üç tələbəni xaricə oxumağa göndərdiyini açıqlayanda siyahıya Mixaylonun da adını salmışdı. Bu siyahının tərtibində Feofan Prokoroviçin rolu çox böyük idi.

1736-cı ildə Mixailin qəyyumu olan sinodun səhhəti pisləşir. Buna görə də Feofan hamını yanına çağırır. Bunların sırasında Pyotrun qızı Yelizaveta da var idi. O, Pyoturun sirrini hamıya açıqlayır. Lakin bu Yelizaveta üçün çox gözlənilməz olur. Əslində, bu, hökmdar qızının apardığı mübarizədə əsaslı problemlər yarada bilərdi. Buna görə də o, Lomonosovu sərhəddən kənarda saxlamaq niyyətində idi. Nəhayət, 1741-ci ildə Yelizaveta rus taxtının çariçası kimi təsdiqlənir. Lomonosov məhz bundan sonra vətənə geri qayıtmaq üçün icazə ala bilir.

Ona Rusiyada həyatını qurmaqdan ötrü müəyyən vəzifələr təklif edilir. Lakin Mixail heç bir təklifi qəbul etmir. O, daha iki il aşağı təbəqənin nümayəndəsi kimi ölkəsində yaşayır. Bu, Pyotrun sirri haqqında məlumatlı olan zadəganları heyrətə salır. Maraqlıdır ki, Lomonosovun Pyotrun oğlu olması ilə bağlı şayiələr tezliklə ölkənin ən aşağı nümayəndələrinin arasına qədər yayılır. Yalnız 1753-cü il martın 1-də şayiələrə son qoymaqdan ötrü Yelizaveta Petrovna ona Koperski uyezdində 9 min desyatin torpaq və 212 kəndli ayırır.

Göründüyü kimi, Rusiyada hakimiyyəti qorumaqdan ötrü Yelizaveta və Mixaylo arasında gizli saziş imzalanıb: alim taxta can atmamalı, onu ələ keçirməyə çalışmamalı, əvəzində isə ona elminin inkişafı üçün hər bir qayğı göstərilməli idi. Bütün bunlar yeni şahzadəni tamamilə qane edirdi. Lakin Yelizaveta üçün problem hələ bitməmişdi. O, elmlə məşğul olan sadə insanın konservativ rus cəmiyyətində hər zaman təhlükə olaraq qaldığını bildiyindən Mixail üzərində nəzarətini daha da gücləndirirdi.

İnanılmaz təsadüf

Lomonosov Pyotra həm xarakter, həm də xarici cəhətdən çox oxşar idi. Məsələn, hər ikisi hərəkətlərində çox səbirsiz idilər. Əlbəttə ki, Pyotrun buna haqqı çatırdı, lakin Mixaylo ilə bağlı məsələ bir qədər qəliz idi. Alimdə belə hallar artıq tələbəlik illərindən formalaşmağa başlamışdı. Bunu hansı səbəblə etdiyini isə aydınlaşdırmaq indiyə qədər mümkün deyil.

Ümumiyyətlə, Lomonosovun xarici görünüşünü əks etdirən 4 portret var. Bunlardan ikisi 1750-ci illərdə avstriyalı rəssam Prenner tərəfindən çəkilib. Vortman və Fessar da daha iki qravüranı çəkərək alimə hədiyyə etmişdilər. Bu portretlərdə Pyotrla oxşarlığa səbəb olacaq kiçik detalları görmək mümkündür. Hər ikisinin boyca çox hündür olması buna bariz nümunədir. Amma yalnız bu onların eyni nəslin üzvü olması sualına cavab vermək üçün kifayət deyil. Bu, yalnız kiçik sübut kimi qəbul edilməlidir.

Sonuncu ən mühüm oxşarlıq onların hər ikisinin nəslini davam etdirəcək oğlan övladına sahib ola bilməmələridir. Halbuki hər iki şəxsiyyət bunun üçün müəyyən gücə sahib idilər.

Tarix
2013.11.26 / 21:21
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Macarıstandan Corc Soros əleyhinə qətnamə

Fələstin lideri Ərdoğanla görüşdü - Yeniləndi

ABŞ Əfqanıstana daha bir briqada göndərir

HƏMAS 3-cü intifadanın başlandığını elan etdi

Səudiyyədən ABŞ-a çağırış: İmtina edin!

İranda zəlzələ: 18 yaralı var - Yeniləndi

Moskvada su bahalaşır

Əsəd yırtıcıdır, Suriyanın gələcəyində yeri yoxdur - ABŞ

Saakaşvilinin şok görüntüləri yayıldı - Video

Rusiya diplomatları bu ölkəni tərk etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla