Yuxarı

Avropada nikah institutu dağılır və ölür - Maraqlı statistika

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyində 2000 və 2016-cı illər arasında nikahdan kənar doğulan uşaqların sayı 15% artıb.

Axar.az Moderator.az-a istinadən xəbər verir ki, Portuqaliyada 2016-cı ildə bu göstərici 53% təşkil edib, Fransada 60%, Bolqarıstan və Sloveniyada 59%, Estoniyada 56%, İsveçdə 55%, Danimarkada 54%. Əksinə, Yunanıstanda, Xorvatiyada, Kiprdə 80% yeni doğulan uşaqlar nikah dövründə dünyaya gəliblər.

Bundan başqa, qeyd olunur ki, AB ölkələrinin hamısında 2015-2016-da nikahdankənar doğulanların sayı artıb, yalnız Estoniya, İtaliya, Latviya, Litva, Macarıstan və Böyük Britaniyadan başqa. Bu ölkələrdə göstərici 0,2-dən 2%-ə kimi azalıb. Bolqarıstan və İrlandiyada bu müddətdə göstərici dəyişməyib.

Tədqiqat nikahdan imtina edib birgə həyatın təşkili məqsədilə fiziki şəxslər arasında bağlanan vətəndaş həmrəyliyi müqaviləsini nəzərə almır. Bu da formal olaraq nikahdankənar doğulan uşaqların sayına əhəmiyyətli dərəcədə təsir edir.

“Qeydiyyata alınmış tərəfdaşlıq kimi nikaha hüquqi alternativlər daha geniş yayılmağa başlayıb və dövlət qanunları bununla əlaqədar dəyişdirilib ki, ərsiz cütlüklərə geniş hüquqlar verilsin”, - "Eurostat"ın tədqiqatında belə deyilir.

Fransada 2016-cı ildə 192.000 vətəndaş nikahı paktı imzalanıb, bu da 2015-dəkindən 3000 çoxdur. Bu cür müqavilələrin sayı 2002-dən artıb. 2016-da isə hər beş rəsmi nikaha dörd müqavilə düşüb.

Tarix
2018.08.19 / 20:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla