Yuxarı

Alman kəşfiyyatının gizli İŞİD hesabatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qərb ölkələrinə qarşı radikal islamçıların təhdidi əvvəlki illərə nisbətən daha çox artıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) gizli hesabatını ələ keçirməyi bacaran alman mətbuatı yayıb.

Gizli sənəddə hazırda Qərbdə bu təhlükənin 2001-ci ilin 11 sentyabrında Nyu Yorkda törədilən teraktdan sonrakı vəziyyəti xatırlatdığı bildirilib:

"Bu təhlükə daha çox İŞİD terror təşkilatı ilə bağlıdır, amma Əl Qaidə də hazırda əvvəlki illərə nisbətən böyük ərazilərə nəzarət edir. Bundan başqa Əfqanıstanda Hindiquşdan başlayan qeyri-stabillik zonası açıq-aşkar Avropaya yaxınlaşıb. Təhlükəyə digər səbəb son günlər Qərbdən radikal islamçıların sıralarına qatılan könüllü terrorçuların sayının əvvəlki illərə nisbətən artmasıdır. İŞİD hazırda 30 ölkədə özünün hücrələrini yaradıb. Bundan başqa İŞİD və Əl Qaidə hələ də Qərblə müharibə aparmaq barədə çağırışlar aparırlar. İŞİD teraktlar törətməklə Qərbi Yaxın Şərqə müdaxilə etməkdən çəkindirmək istəyir. Əksinə məhz bunun vasitəsilə onlar Qərbin regiona hərbi müdaxiləsinə çalışırlar. Qərb tərəfindən gücün tətbiq olunması isə İŞİD-in qurban rolunda görünməsinə və öz sıralarına daha çox insan cəlb etməsinə şərait yaradır. İŞİD hər gün öz kanalları vasitəsilə sosial şəbəkələrdə 30-40 video, audio, foto materiallar yayır. İŞİD-i güc yolu ilə dayandırmaq mümkün olmayacaq. Bunun cihadçı ideologiyasına qarşı fəaliyyət aparmaq və onun yayılmasının qarşısını almaq lazımdır".

Tarix
2016.01.07 / 10:26
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla