Yuxarı

Azərbaycanda 580 nəfər “QİÇS”dən ölüb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 450 yeni İİV-ə (İnsanın İmmun çatışmazlığı Virusu) yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb.

"Axar.az" xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) ilə Mübarizə Mərkəzindən "Trend"ə verilən məlumata görə, onlardan 435-i (96,7%) Azərbaycan, 15 nəfəri (3,3%) isə əcnəbi vətəndaşlardır. Qeydiyyata alınmış 435 Azərbaycan vətəndaşından 279-u (64,1%) kişi, 156-sı (35,9%) qadındır.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2013-cü ilin 1 dekabr tarixinədək Respublika QİÇS ilə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4234 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 4090 nəfəri (96,6%) Azərbaycan vətəndaşı, 144 nəfəri (3,4%) isə əcnəbilərdir. İİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3202-si (78,3%) kişi, 888-i (21,7%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1289 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1272 nəfərdir. İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 580 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 572 nəfər olub.

İİV-ə yoluxmuş 4090 Azərbaycan vətəndaşından 1074-ü (26,3%) Bakı şəhəri və Abşeron rayonunda, 2982-si (72,9%) respublikanın digər 54 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 35 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.

4090 nəfər Azərbaycan vətəndaşından 2373-də (58,0%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1271-də (31,1%) heteroseksual, 51-də (1,2%) isə homoseksual kontakt nəticəsində, 65-də (1,6%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş verib. 329 nəfərdə (8,0%) yoluxma yolu müəyyən edilməyib.

Qeyd edək ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.

Tarix
2013.12.01 / 13:42
Müəllif
Alpər Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla