Yuxarı

Həkim terroru ilə bağlı istintaq hərəkətləri niyə aparılmır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi aradan iki ay yarım ötməsinə baxmayaraq, heç bir ciddi istintaq hərəkəti aparılmayıb. Faktiki olaraq istintaq donmuş vəziyyətdədir. Halbuki istintaq hərəkətlərini zəruri edən ifadələr vermiş, iddialar qaldırmışam".

Bu sözləri həkim terroru nəticəsində dünyasını dəyişən Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həyat yoldaşı, zərərçəkən Anar Niftəliyev deyib.

İşin gedişi ilə bağlı prokurorluqda yaradılan istintaq qrupunun rəhbəri Ələkbər Rzayev isə qısa açıqlama ilə kifayətlənib: "Hazırda mümkün olan zəruri istintaq tədbirləri gedir. İstintaq başa çatdıqda obyektiv qərar qəbul ediləcəyinə şübhəniz olmasın".

Qeyd edək ki, baş verən həkim məsuliyyətsizliyi ilə bağlı müstəqil araşdırma aparılır. Bu barədə danışan zərərçəkmişin vəkili, hüquqşünas Səməd Vəkilov səhiyyə mütəxəssislərinin rəyini alacaqlarını bildirib:

"İstintaqa iddialar təqdim etmişik və araşdırmalar aparılmasını gözləyirik. Təəssüf ki, yola saldığımız həftə o iddialarla bağlı heç bir addım atılmadı. Həmçinin xəstəliklə bağlı tibb ekspertlərinin müstəqil rəyinin alınması ilə də məşğuluq. Bilirsiniz ki, mərhum Elnarə Tofiqqızının ölümündən əvvəl ölkənin bir sıra xəstəxanalarında müayinələri həyata keçirilib. Aparılan müayinə sənədləri əlimizdədir. Biz həmin müayinə sənədlərinə uyğun müstəqil həkim rəyləri alacağıq".

Xatırladaq ki, 20 sentyabr 2013-cü ildə "Medi Sina" klinikasında əməliyyat zamanı dünyasını dəyişən E.Tofiqqızının ölüm işi ilə bağlı Nəsimi Rayon Prokurorluğunda 25 sentyabr 2013-cü ildə cinayət işi başlanılıb. Hələlik həkimlərdən heç biri məsuliyyətə cəlb edilməyib. Millət vəkili Çingiz Qənizadə də Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində baş vermiş ölümü ilə bağlı mərhumun həyat yoldaşının Milli Məclisə daxil olmuş ərizəsini baxılması üçün Baş Prokurorluğa ünvanlayıb.

Tarix
2013.12.07 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla