Yuxarı

Məşhurlarımızın çəkildiyi film təqdim olunacaq

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı məşhurların rol aldığı, Türkiyə istehsalı olan “Milyonluk kuş” filminin təqdimat günü bəlli olub.

Musavat.com xəbər verir ki, “Artlemma” film şirkətinin istehsalı olan ekran işinin Türkiyədə təqdimat mərasimi avqustun 17-də baş tutacaq. Ekran işində baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb.

Ondan əlavə, Dilarə Əliyeva, Aysel Nazim, Gökçe Özyol çəkilib. Filmin ssenarisi Təvəkkül Mehrəliyevə aiddir. “Milyonluk kuş”un Bakıda qala gecəsi isə oktyabrda keçiriləcək.

Film haqqında danışan Müşviq Şahverdiyev deyib ki, filmdən gözləntiləri böyükdür: “Artıq bu filmimiz işıq üzü görür. Bu iş mənim üçün tam fərqlidir. Film sektoruna başlayandan əldə etdiyim uğurlar göz qabağındadır. İlk dəfə ölkədən kənarda rol aldım. Həmin filmdə Türkiyənin tanınmış aktyorları ilə rol almışam. Təvəkkül dostumuz sözügedən filmdə oynamağı mənə təklif etdi. İlk başlarda tərəddüd etdim, özümü yaxşı göstərə bilmədim. Çünki türk dilini yaxşı bilmirdim. Ufuk özü də bildirdi ki, mənə də Azərbaycan dilində ssenari verilsə, mən də çətinlik çəkərəm. Bakıya qayıdan kimi 3 günə ssenarini oxuyub əzbərlədim. Qarşıma məqsəd qoydum ki, ölkəmizi layiqincə təmsil edim. Bəli, bu film mənim üçün Türkiyə bazarına qapı ola bilər. Keçən il bazarda olan sıxlıqlara görə film bu ilin avqust ayının 17-si Türkiyədə təqdim olunacaq. Daha sonra noyabr ayı üçün Bakıda qala gecəsi olacaq. Sevinən dostlarımız sevinsin, paxıllıq çəkənlərə isə Allahdan şəfa diləyirəm. Onların da canı sağ olsun. Gözləntilərim çox böyükdür. Türklərin böyük media saytları məndən yazıb danışırdılar. Bu xəbərləri görəndə sevincdən bədənim əsirdi. Oranın mətbuatının məndən yazması böyük uğurdur. Məni ”kahkaha makinesi" kimi təqdim edirdilər. Hər insanı sevən də olur, sevməyən də. Öz həmyerlilərimə səslənirəm ki, hər kəsə uğurlar diləyirəm. Mənim heç kəsin işində gözüm yoxdur. Mənim də işimdə gözünüz olmasın".

Tarix
2018.08.01 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla