Yuxarı

Vasilyevadan Əliyevə: "Yaratdığınız imkana görə..."

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyasının təhsil və elm naziri xanım Olqa Vasilyevanı qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

***

Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyevanıın ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirən dövlətimizin başçısı təhsil və elm sahələrində əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün çoxlu mövzuların olduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini vurğulayıb.

Təhsil sahəsində əlaqələrin ənənəvi xarakter daşıdığına toxunan dövlətimizin başçısı bildirib ki, çox mühüm olan odur ki, ötən 25 il ərzində ölkələrimiz bu ənənələri nəinki qoruyub, hətta daha da möhkəmləndirib. Prezident İlham Əliyev bunun həm orta, həm də ali təhsil sahələrini əhatə etdiyini deyib. Rusiya təhsil ocaqlarında Azərbaycanlı tələbələrin təhsil aldıqlarını qeyd edən dövlətimizin başçısı artıq Azərbaycanda da Rusiya ali məktəblərinin təhsilinin almaq imkanın olduğunu vurğulayıb. Rusiyanın iki ali təhsil müəssisəsinin filiallarının Azərbaycanda uğurla fəaliyyət göstərməsinin önəmini qeyd edən dövlətimizin başçısı nazirin Azərbaycanda olduğu dövrdə bu proseslərlə yaxında tanış olmaq imkanı olacağını deyib. Prezident İlham Əliyev ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təhsil nazirlikləri arasında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Rusiya Federasiyasının Təhsil və Elm naziri xanım Olqa Vasilyeva deyib: “Gözəl ölkənizə, gözəl paytaxtınıza səfər etmək üçün yaratdığınız imkana görə minnətdarlığımı bildirirəm”.

Prezident İlham Əliyevin fikirlərinin təsdiqi olaraq Olqa Vasilyeva öz növbəsində təhsil sahəsində ənənəvi əməkdaşlığımızın hazırda da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında orta, ali və elmi təhsil sahəsində əlaqələrə toxunan rusiyalı nazir Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının uğurla fəaliyyət göstərdiyini deyib. Rus dilinin inkişaf məsələlərinə toxunan nazir bunun ölkələrimizin və xalqlarımızın bir-birinə daha da yaxınlaşdıran faktorlardan biri kimi dəyərləndirdi. Xanım Olqa Vasilyeva qeyd edib ki, Azərbaycanda, o cümlədən rus dilində təhsil aparılan məktəblərdə oxuyan xeyli sayda şagirdlərin olduqları nəzərə alınaraq, misal üçün Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində filoloji qrupun açılması təklif olunur.

Görüşdə Azərbaycanda rus dilinin və Rusiya Federasiyasında azərbaycanlıların sıx yaşadıqları ərazilərdə Azərbaycan dilinin tədrisinə texniki dəstək göstərilməsinin vacibliyi qeyd olunub, Rusiya-Azərbaycan Universitetləri Assosiasıyasının Bakıda keçiriləcək konfransının əhəmiyyətindən danışıldı, universitetlər arası əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olunub.

Söhbət zamanı ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində kadr hazırlığı ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyi qeyd edilib.

Tarix
2016.11.27 / 13:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla