Yuxarı

Mehriban Əliyeva Fransa nümayəndələri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, qonaqları Azərbaycanda salamlayan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Mehriban Əliyeva bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib. Azərbaycanın birinci xanımı deyib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər.

Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd etdi, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən birinci xanım Mehriban Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirib.

Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirdi. Mehriban Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışdı, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.

Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guen Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söylədi. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.

Tarix
2017.01.11 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla