Yuxarı

Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov yanvarın 16-da Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin yeni təyin olunmuş sədri Surxan Glonti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan və onun regionları ilə Gürcüstan, eləcə də Acarıstan Muxtar Respublikası arasında iqtisadi, siyasi, turizm əlaqələrinin inkişafı, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Azərbaycanın mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin ölkəmizə çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

Rəşad İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması” haqqında Fərmanı barədə məlumat verib.

Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına toxunan baş konsul Tbilisidə və Batumidə “Əli və Nino” filminin gürcü dilində versiyasının premyerasından söz acıb, bu əlaqələrin gürcü və Azərbaycan xalqlarının qədim dostluğunu tərənnüm edən bir tarix olduğunu bildirib.

Acarıstan Muxtar Respublikasının Turizm Departamentinin sədri Surxan Glonti də dost Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib. O, Acarıstan Muxtar Respublikası ilə Azərbaycan arasında turizm sahəsində münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tarix
2017.01.16 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla