Yuxarı

Nalbəndyanın Avropa şousu: Türkiyə Qarabağa...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qarabağın həll prosesinə müdaxilə və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Qarabağdakı danışıqlarla bağlamaq cəhdi hər iki prosesə mane olur.

Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin Xarici Münasibətlərinin Komissiyasında çıxışı zamanı Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan söyləyib. Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması iki ölkənin xaqları üçün yeni imkanlar yarada bilərdi:

“Ermənistan bu prosesin uğurla başa çatması üçün səylərini əsirgəməyib. Türkiyə barışmaq üçün tarixi imkanını əldən verdi. Ermənistan ön şərtləri qəbul etmir”.

Komissiyada çıxışı zamanı erməni nazir yenidən tarixi faktları saxtalaşdırmaq cəhdlərindən əl çəkməyib. O, komissiyada Dağlıq Qarabağın heç vaxt guya müstəqil Azərbaycanın tərkibində olmadığını bildirərək, bununla erməni tərəfinin mövqeyinin haqlı olduğunu komissiya qarşısında sübut etməyə çalışıb. Bundan başqa Nalbəndyan Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların İrəvana – öz tarixi yurdlarına qayıtması fikrinin, guya Ermənistana ərazi iddiaları kimi təqdim etməyə cəhd edib.

Qeyd edək ki, bundan öncə Ermənistan bu il ərzində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə imzalanan protkolları ləğv edəcəyini açıqlamışdı.

Prezident İham Əliyev Yeni Azərbaycan Partiyasının altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi:

“Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

Tarix
2018.02.22 / 11:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla