Yuxarı

İlham Əliyev Paşinyana növbəti mesajı verdi - Deputat

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Prezident İlham Əliyev Ermənistanın yeni rəhbərliyini bir daha sülhə dəvət etdi.

Bunu Axar.az-a İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışı ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, Azərbaycana təcili sülh lazımdır:

“Azərbaycanın çox mühüm strateji layihələri var və bunlar bölgədə sabitlik, əmin-amanlıq tələb edir. Prezident İlham Əliyev hazırda ağır vəziyyətdə olan Ermənistana bu vəziyyətdən yeganə çıxış yolunu göstərdi. Bu sülh və normal qonşuluq münasibətləri yoludur. Ermənistanın cinayətkar rejimi dəyişilib və hakimiyyətə yeni rəhbərlik gəlib. Paşinyanın Ermənistanı xilas etməsinin yeganə yolu məhz sülhdən keçir. Bunun üçün də Azərbaycan Prezidenti Ermənistanın yeni rəhbərliyini sülhə dəvət edərək İrəvanı bu istiqamətində zəruri addımlar atmağa dəvət etdi”.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışında Ermənistanın yeni hökumətinin kriminal rejimin səhvlərini təkrarlamayacağına, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacağına ümid etdiyini bildirib.

Tarix
2018.07.10 / 16:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla