Yuxarı

Bununla bağlı hələ də yekun nəticə yoxdur - Bayramov

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 noyabr 2020-ci il, həmçinin 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında kommunikasiyaların açılması, Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında əlaqənin qurulması əksini tapıb. Orada Azərbaycan tərəfinə heç bir məhdudiyyətlər tətbiq edilmədən keçid təmin etmək Ermənistanın öhdəliyidir. Bu istiqamətdə işlərin həyata keçirilməsi ilə bağlı hələ 2021-ci ilin yanvar ayında Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya yaradılıb.

Axar.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Həmin komissiya fəaliyyətə başlasa da, bir il yarımdan artıq müddət keçməsinə baxmayaraq, hələ də yekun nəticə yoxdur, müxtəlif bəhanələrdən istifadə edərək Ermənistan tərəfi bu məsələni ləngitməklə məşğul olur. Təbii ki, bu gün biz bu məsələyə baxsaq, komissiyada müzakirə olunan mövzulara baxsaq, ötən dövr ərzində mövqelərin xeyli yaxınlaşması müşahidə edilir. Lakin hesab edirik ki, burada səmimi niyyət olsaydı, artıq bu məsələni çoxdan yekunlaşdırmaq mümkün olardı”, - XİN başçısı vurğulayıb.

Onun fikrincə, orada heç bir açıq məsələ, çox böyük problem yaradan mövzular olmamalıdır:

“Biz bunu süni ləngitmələr kimi qəbul edirik. Bununla yanaşı, Azərbaycanın öz ərazisində gördüyü işlər bu məsələyə Ermənistandan fərqli olaraq nə qədər ciddi yanaşmasının sübutudur. Çünki həmin o danışıqları aparmaqla paralel olaraq Azərbaycan ərazisində həm quru, həm dəmir yollarının Ermənistan sərhədinədək tikintisi istiqamətində uğurlu işlər davam etdirilir. İşlərin icra səviyyəsi 50%-in üzərindədir və 2023-cü ildə hər iki istiqamətlə bağlı Azərbaycan öz ərazisində işləri yekunlaşdıracaq”.

Tarix
2022.08.09 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla