Yuxarı

Azdramda qalmaqal: sərəncamçı direktor işdən çıxarıldı

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (Azdram) sərəncamçı direktoru Natiq Gülməmmədov tutduğu vəzifədən azad edilib.

Teatrdan Modern.az-a daxil olan məlumatda deyilir ki, Natiq Gülməmmədovun işdən çıxarılmasına səbəb son vaxtlar onun “Azdram”ın bədii rəhbəri və direktoru Azərpaşa Nemətlə yola gedə bilməməsi olub. Belə ki, tərəflər arasında dəfələrlə ciddi mübahisənin baş verdiyi, məsələnin hətta Mədəniyyət və Turizm Nazirliyinədək gedib çıxdığı bildirilir.

Amma Azdramdan yola salınan Natiq Gülməmmədov işsiz də qalmayıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə o, Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Natiq Gülməmmədov 2016-cı ilin yanvar ayından Akademik Milli Dram Teatrına sərəncamçı direktor vəzifəsinə təyin olunmuşdu.

O, 2010-2015-cı illərdə Azərbaycan Dövlət Kukla Teatrında direktor müavini vəzifəsində çalışmışdı. Beləliklə də Azdramdan çıxarılan N.Gülməmmədov Kukla Teatrındakı əvvəli vəzifəsinə qaytarılıb.

Tarix
2016.12.10 / 17:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla