Yuxarı

Bu marşrut xəttinin sahibkarı dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər qarşısında ciddi tələblər qoyulsa da bəzi daşıyıcılar hələ də bu tələbləri tam şəkildə yerinə yetirmir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Axar.az-a verilən məlumata görə, şəhər nəqliyyat sistemində, xüsusən də sərnişin avtobuslarında təhlükəsizliyin və rahatlığın təmin edilməsi istiqamətində tədbirləri davam etdirilir.

“Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı qoyulan tələbləri yerinə yetirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliyə uyğun ən sərt tədbirlər görməkdədir. Bu çərçivədə 195 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı şirkət ilə bağlanan müqaviləyə xitam verilib. 195 nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, təyin olunan iş saatına qədər işləməməsi və intervalın çox olması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığna səbəb olurdu. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin ALO 141 Çağrı Mərkəzinə etdiyi müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Bakı Nəqliyyat Agentliyinin müvafiq sərəncamına əsasən 195 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq digər fərdi sahibkara havalə edilib. Sahibkara tapşırılıb ki, 195 nömrəli marşrut üzrə sərnişindaşımanı yenilənmiş avtobuslardan istifadə etməklə və müvafiq qanunvericiliyin tələblərinə uyğun olmaqla təşkil etməlidir”, - məlumatda vurğulanıb.

Tarix
2016.11.26 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla