Yuxarı

Prezident generala “Şöhrət” ordeni verdi – Sərəncam

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev “Şöhrət” ordeninə layiq görülüb.

Axar.az xəbər verir ki, 28 mayda 60 yaşı tamam olacaq Aydın Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsində çalışıb. 1980-1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində işləyib.

1992-1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi olub. 1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına gədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini, 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədridir.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

Tarix
2017.05.25 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla