Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 May 2018


Borca görə arvadının dayısını güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bankların vətəndaşlara verdiyi yüksək faizli kreditlərin əvəzində onların mülklərini əlindən alması faktlarına tez-tez təsadüf edilməsi kimsəyə sirr deyil. Belə vəziyyətlə qarşılaşan növbəti bir vətəndaş bu gün "Axar.az"a müraciət edərək düşdüyü durumdan şikayət edib.

Bakı şəhər sakini Sədaqət Novruzova dayısı Asif Davud oğlu İsgəndərovun ondan sui-istifadə edərək adına kredit götürdüyünü, lakin sonradan borcu qaytarmaqdan imtina etdiyini deyib:

"Dayım mənim etibarımdan istifadə edərək 2007-ci il dekabrın 6-da Bakı şəhəri Xətai Rayon ərazisində yerləşən Dövlət Notariat Kontorunda mənə məxsus olan və Bakı şəhəri, Nərimanov rayon Sabit Rəhman küçəsi 29,2 ünvanında yerləşən mənzilimi girov qiyaraq kredit aldı. Həmin mənzili "Nikoyl" İnvestisiya Kommersiya Bankında girov qoyaraq ipoteka müqaviləsi bağlayıb və mənim adıma 40 min 20 manat məbləğində pul götürdü. Sonra dayım krediti ödəməkdən imtina etdi. Bundan sonra ailəmiz faciəvi vəziyyətə düşdü. Ərim Vahid Novruzov ov tüfəngi ilə dayımı güllələdi. Məhkəmə hökmü ilə ona cəza təyin edildi".

"Sovet pasportu" hələ də işləyir?

S.Novruzova daha sonra bildirib ki, sözügedən ipoteka müqaviləsi bağlanarkən həyat yoldaşı Ermənistan SSR, Yexednadzor Rayonunda anadan olmuş Novruzov Vahid Çərkəz oğlunun razılığı alınmayıb. Buna səbəb onun hələ də sovet dönəmində əldə etdiyi pasportla yaşamasıdır. Qeyd edək ki, Vahid Novruzovun şəxsiyyət vəsiqəsi almadığını Daxili İşlər Nazirliyinin BPQMİ MAPS şöbəsi 2012-ci il 27 iyun tarixli rəsmi arayışla təsdiq edib.

Şəxsiyyət vəsiqəsinin olmamasına baxmayaraq, 6 saylı Notariat kontorunun notariusu Ə.İmanov isə Ermənistan SSR-in pasportu ilə saxta ipoteka müqaviləsi bağlayaraq, Sədaqət Novruzovanın adına olan mənzilin banka girov qoyulmasını təmin edib. "Nikoylbank" da həmin sənədlər əsasında S.Novruzovanın adına kredit ayırıb. Pulu isə Asif İsgəndərov hər ay özü ödəyəcəyinə söz verərək götürüb. Borcu qaytarmaq məqamında qohumlar arasında gərgin münasibət yaranıb.

Məhkəmə bir il həbs verdi

A.İsgəndərov borcu qaytarmaqdan imtina etdikdə evin sahibi məcburiyyət qarşısında qalaraq həmin krediti özü ödəyib. Lakin bir necə aydan sonra S.Novruzova da imkansız olduğunu deyərək dayısından verdiyi sözə əməl etməsini istəyib. Mübahisə daha da qızışıb və münaqişə zamanı həyat yoldaşı V.Novruzov A.İsgəndərovu ov tüfəngi ilə güllələyib. İş polis və məhkəmə orqanlarında araşdırılıb və V.Novruzov cəzalandırılıb.

Lakin bununla da A.İsgəndərovu krediti qaytarmağa məcbur edə bilməyiblər. S.Novruzova 2009-cu ilin aprel ayına qədər ümumilikdə borcun 31 min manatını ödədiyini deyib. Onun sözlərinə görə, 2012-ci ildə məhkəmə qaydasında borcun ödənməsini təmin etmək qərarına gəliblər: "Sonra biz dayımı məhkəməyə verib məhkəmə qaydasında borcu tanıtdıq. Lakin o borcu ödəməkdən imtina etdi. Ona məhkəmə qərarını icra etmədiyinə görə, Nizami rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq hələ də bizim evimiz bankın girovundadır. Ərim V.Novruzov isə bildirir ki, azadlığa çıxan kimi dayımı öldürəcək".

Son ümid yeri

Ötən dörd il müddətində isə "Nikoylbank" kreditin üzərinə xeyli faiz hesablayıb. Bunu ödəməyə isə ailənin heç bir maddi təminatı yoxdur. Çıxış yolu kimi bank onlara evi təhvil vermələrini təklif edib.

Qarşılaşdığı qanunsuzluqlar və ailə faciəsindən bezən S.Novruzova nəhayət, dünən Prezidentin həyat yoldaşı Mehriban xanıma müraciət edərək notariat kontorunun və bankın qanunsuz hərəkətlərindən şikayət edib. Və ona bu ailə faciəsinin qarşını almaqda yardım göstərməsini xahiş edib. Eyni zamanda S.Novruzova problemin araşdırılması üçün Respublika Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət edəcəyini bildirib.

Tarix
2013.11.21 / 18:06
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Etibar Məmmədovun oğlu ABŞ-a köçdü - Foto

Bakıda dəhşətli partlayış: ölənlərin kimliyi bilindi - Video

Nazir yeni direktor təyin etdi

Nazirlik onlar üçün təlimlər keçirdi - Foto

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Abituriyentlərin diqqətinə: DİM izahı açıqladı...

Yeni nazir BƏT-in baş direktoru ilə görüşdü

“Azercell” XXV TİBO-2018 sərgisində ölkəmizi təmsil edib

Sex sahibi pis qoxuya görə cərimələndi - 800 manat

Bu ölkədəki diasporumuz hərəkətə keçir – Foto

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla