Yuxarı

Vidadi Zeynalovun əmlakına qoyulmuş həbs götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rabitə işi” üzrə qərarda təqsirləndirilən şəxslərin əmlakların üzərində həbs götürülməsi barədə qərar qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə qərar noyabrın 7-də Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə verilən qərara əsasən, təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakları üzərindən həbs götürülüb və müsadirə olunması barədə təqdimat dayandırılıb.

Məlumata görə, ittiham aktında cinayət işi 2009-2015-ci illəri əhatə edir. İttihamdan qabaq əldə olunan əmlaklar məhkəmənin qərarı ilə həbsdən azad olunub.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Digər həbsdə olan Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov korrupsiya cinayətlərində ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.

Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

İstintaq sənədlərinə görə, Vidadi Zeynalov və digər şəxslərin əmlaklarının çoxu 2009-cu ildən əvvəl əldə olunduğu sənədlərə sübuta yetirilib.

Tarix
2017.11.08 / 11:31
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla