Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Dekabr 2017


İcra başçısı yaşayış binasının həyətini satıb – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İki daşla hasar hörürlər. Bu, sadəcə hasar olmayacaq. Adi hasar bir daşdan olur. Bunlar 2 daş üstündə qaldırdıqları hasarı sonradan böyük tikiliyə çevirəcəklər.

Hətta tikili olmadan da buradan tabut belə çıxartmaq mümkün olmayacaq. Daş hasara bir qapı qoyub ağzını da bağlayacaqlar. Nəinki oradan, hətta hasardan kənarda qalmış yerlərdən də istifadə mümkün olmayacaq. Blokların qapısının qarşısı elə daralıb ki, binada hər hansı kütləvi tədbir zamanı ciddi problem yaranacaq. Ən əsası, bir bədbəxt hadisə zamanı yanğınsöndürən maşınlar binaya yaxınlaşa bilməyəcək".

Dəmiri daşla əvəzləyirlər

Bu iddia ilə Şıxəli Qurbanov-1 ünvanının sakinləri ayağa qalxıb. Onlar "Aznews.az"a binanın Azərbaycan prospektinə düşən həyətini 38 saylı uşaq bağçasının zəbt etdiyini bildirib. Bina sakinlərinin sözlərinə görə, onların öz hesabına tikdirdikləri binanın 1-ci qatında uşaq bağçası yerləşib. Sonradan onlarla məsləhətləşərək uşaqların təhlükəsizliyi bəhanəsi ilə bağçanın qarşısı dəmir məhəccərə alınıb: "Həmin vaxt etiraz etmədik. Çünki açıq idi. Biz də orada otura bilirdik. Sonradan bağça təmirə dayandı. Sentyabrda təmirdən sonra bağçanın açılışı olmalıydı. Amma açılış olmadı. Sən demə, başqa məqsədləri varmış.

Həmin məqsəd də bizə bu günlərdə məlum olub. Dəmir məhəccərin daş hasarla əvəzlənməsi söhbətini ortaya atanda biz təklif etdik ki, daş hasar lazım deyil. Yola "şlaqbaun" qoyulsun. Bunun üçün tələb olunan vəsaiti ayırmağa da hazırıq. Ancaq razılaşmadılar. Daş hasarı isə FHN-in tələbi kimi bəhanə göstərirlər. Guya uşaqların təhlükəsizliyi xətrinə belə lazımdır. Əslində isə bu, dövlət müəssisəsinin özəl obyektə çevrilməsidir".

Dövlət müəssisəsi olan bağça özəl obyektə necə çevrilir?

Sakinlərdən Rəxşəndə Əliyeva bildirib ki, bağça binada yerləşməsinə baxmayaraq, sakinlərin uşaqlarını bura götürmürlər: "Adı dövlət müəssisəsi olsa da, çoxdan özəl obyektə çevrilib. Bizim uşaqlarımızı bura götürmürlər. Hər müraciət edənə "yer yoxdur" deyirlər. Ancaq kənardan gələnlərdən 500 manat alıb yerləşdirirlər. Hər ayına da 50 manat alırlar".

Prosesin başında Yasamal RİH dayanıb

Sakinlər onu da bildirib ki, binanın həyətinin bağçanın ərazisinə qatılması prosesində Yasamal rayon İcra Hakimiyyəti xüsusi fəallıq nümayiş etdirir:

"Özbaşınalıqlarını Dövlət Proqramını əllərində əsas tutub həyata keçirirlər. Hər dəfə sakinlərin qarşısına Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxır. Özü də elə-belə yox. Hədə-qorxu, polis ilə. Deyir ki, həyətin bina sakinlərinə heç bir dəxili yoxdur. Həyət bağçanındır. İcra başçısının birinci müavini Səməd İslamov isə "Sizdən soruşan yoxdur. Gedin, öz işinizlə məşğul olun" deyir".

Sakinlərin sözlərinə görə, onları provakasiyaya da çəkirlər:

"Çalışırlar ki, binanın kişilərini polisə aparsınlar. Qadınları isə hədələyirlər. Hətta İcra Hakimiyyətinin müavinləri səviyyəsində hədə-qorxu ilə qarşılaşırıq. Kooperativin sədri İradə xanıma İcra Hakimiyyətində deyiblər ki, əsas təşkilatçı olduğu üçün onunla bağlı cinayət işi açılacaq. Bağça müdiri Sədaqət Qəribova da deyir ki, arxasında deputat dayanıb. Dediyinə görə, deputat Ərəstun Cavadov onun yeznəsidir. Odur ki, biz ona bata bilmərik".

Dövlətin adı ilə həyata keçirilən özbaşınalıq

Kooperativin sədri İradə Məcnunova AzNews.az-a açıqlamasında bildirib ki, sakinlərin nümayəndə heyəti Prezident Adminstrasiyasında da olub:

"Qəbulda olduq. Bizə dedilər ki, Dövlət Proqramında bağçanın təmiri nəzərdə tutulub. Bağçadan kənardakı abadlıq işlərinin Dövlət Proqramına dəxili yoxdur". Sakinlərdən Xanım Rüstəmova isə deyir ki: "Kiminsə bu binaya gözü düşüb. Buranı öz obyekti kimi görür. Əks halda, yaxınlıqda 2 park ola-ola, uşaqlar üçün gəzinti sahəsi adı ilə yolu hasarlamazdılar. Üstəlik, həyətdə başqalarının da rahatlığı pozulur.

İnanmıram ki, dövlət bir bağçaya görə, 60-dan çox ailənin rahatlığının pozulmasına razı olsun. İstirahət vaxtında müəllimlər uşaqları həyətə buraxır, nəzarətsiz qoyur və özlərinin isə başı söhbətə qarışır. Bu binada yaşayanlar üçün bir neçə saat əsl cəhənnəmə çevrilir. Lakin biz bunu indiyədək problemə çevirməmişik. Sakinlərin əsas narahatlığı əsası qoyulmuş bu tikili ilə bağlıdır. Bir məmur özbaşınalığından, qudurğanlığından və saymazlığından narahatıq. Biz bu qudurğan məmurlardan kimə şikayət etməliyik. Qanuni dövlətdə qanunsuz iş olmaz axı".

Qanunlara təhlükəsizlik xətrinə də əməl olunmur

Sakinlər elektrik cərəyanının keçdiyi yerdə iş getdiyini, təhlükəsizlik qaydalarına əməl olunmadığını vurğulayıb. Aqşin Feyzullazadə deyib ki, özbaşınalıq o həddə çatıb ki, sakinləri eşitmir, üstəlik heç bir qayda-qanuna da əməl eləmirlər: "Başqa vaxt İcra Hakimiyyəti yetkililərini tapmaq olmur. Ancaq 3 gündür hamısı gəlib bu tikintinin başında durur. Burada qaynaq işləri görülür. Hanı Elektrikşəbəkənin nümayəndələri? Axı, deyirdilər ki, elektrikdən qaynaq məqsədi ilə istifadəyə icazə verilmir?

Onsuz da işsiz-gücsüz adamam. Hamını məhkəməyə verəcəm. Keçirdiyimiz bu gərgin günlərə, bizə vurduqları maddi və mənəvi ziyana görə, başda Zöhrab olmaqla hamını məhkəməyə verəcəm. Onlara sübut edəcəyəm ki, indi olduqları vəzifədə işləməyə haqları yoxdur".

İlkin Mustafayev isə həyətdə əkdikləri ağacları məhv etmək yollarına diqqət çəkib: "İşə başlayanda ağac kəsməklə başladılar. İndi birbaşa kəsmirlər. Ağacın qabığını soyurlar. Quruduqdan sonra rahatca kəsəcəklər. Daha onların biznesinə mane ola bilməyəcək".

İcraçı: Sifarişçidən soruş

Həyətdə tikintini Bakı şəhər İcra Hakimiyyətinin sifarişi ilə "Azəri SA" MMC həyata keçirir. İş icraçısı Knyaz Məmmədov AzNews.az-a açıqlamasında deyib ki, məsələ ilə bağlı bütün sualları RİH-ə ünvanlamaq lazımdır. Onlara verilən sifariş 60 sm hündürlüyündə hasarın hörülməsidir. Sifariş üzrə iş icra olunur.

"1 mm də kənara çıxmamışıq"

Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov prosesin önündə getməsi barədə deyilənləri "mübaliğə" adlandırsa da, yaxından iştirakının izahını da verib. O, bunu uşaq bağçalarının onun kurasiyasında olması ilə əlaqələndirib. AzNews.az-a açıqlamasında şöbə müdiri Yasamal rayonunun uşaq bağçaları ilə bağlı problemlərini qabardıb:

"Yasamal 242 900 nəfər əhalisi var. 1-6 yaş arasında olan uşaqların sayı isə 18 646 nəfərdir. Onların da cəmi 10 faizini uşaq bağçalarında yerləşdirmək mümkün olub. Rayonda 1937 nəfərlik tutumu olan 29 dövlət müəssisəsi var. Nəzərə alın ki, himayəsində 1-6 yaşlı uşaqları olan anaların işlə təminatında problem yaranır. 38 saylı uşaq bağçası sakinlərin ucbatından 2 aydır ki, yubanır".

Gedən tikintiyə münasibət bildirən İH yetkilisi daş hasarın dəmir məhəccərin olduğu yerdən kənara çıxmayacağını vurğulayıb:

"Biz əvvəlki dəmir məhəccəri daha səliqəlisiylə əvəz edəcəkdik. Lakin FHN-in tələbini yerinə yetirərək yerdən daş hasar, onun üzərində isə dəmir məhəccər qoymaq qərarına gəldik". Sakinlərin yad maşınların həyətə daxil olmasına məhdudiyyət qoymaq üçün "şlaqbaun" təklifinin müsbət qarşılandığını, öz vəsaitləri hesabına bunun problem olmadığını deyən şöbə müdiri bunun uşaq bağçasına dəxli olmadığını da bildirib.

Binada yaşayanların uşaqların səs küyündən narahat olmalarına , oturmaları üçün yerin az qalmasına və s məsələlərlə bağlı iradlarına gəlincə, şöbə müdiri bunu anlayışla qarşılayıb: "Uşaq bağçasında uşaqların təhlükəsizliyi vacibdir. Lakin sakinlərin rahatlığı, oturmağa həyətlərinin olması, yerlərinin geniş olması da yaxşı olardı. Biz sakinlərin mənzillərindən tabut deyil, bəy-gəlin çıxarması, ya da maşın karvanlarını yerləşdirmək üçün ən yaxşı imkanlarının olmasını istərdik. Lakin hasarla onların yeri daralmayıb.

Hasar əvvəlki məhəccərin yerindən 1 mm belə kənara çıxmadan tikilib. Sakinlər şikayətləri davam etdirməklə bağçanın köçürülməsini mübahisələndirə bilərdilər. Ya da başqa tələblərini irəli sürə, iradlarını bildirə bilərdi. İndiyədək bunu etməyiblər. İrəli sürdüklərini iradlarında isə haqlı deyillər".

Tarix
2013.11.26 / 16:49
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Əmək kitabçaları tarixə qovuşur - Video

Sənədsiz evlərin taleyi həll olunur – Milli Məclisdə

Zakir Həsənov yeni məntəqənin açılışında - Foto

Spikerdən Zahid Oruca: Niyə narahatsan?

“Azərsell”in prezidenti tələbələrlə görüşdü

Məhkəmədən Mehman Hüseynovla bağlı – Qərar

Bu adamlar cəmi bir saatdan sonra... - Polis rəisi

ANS-in bir əməkdaşı vardı, o deyib ki… - Millət vəkili

Avtomobilin yanacaq çənindən yanıcı maddə çıxdı

“Baksell” bu universitetlə memorandum imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla