Yuxarı

Nəsimi bazarını söküb, yerində 4 bina tikmək... – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi bazarının sökülməsi, fikrimcə, təqdirəlayiqdir. Çünki adətən nəqliyyat infrastrukturunun gur olduğu, sosial obyektlərin sıx yerləşdiyi ərazidə kənd təsərrüfatı bazarının fəaliyyət göstərməsi doğru sayılmır.

Bu sözləri Axar.az-a açıqlamasında daşınmaz əmlak eksperti Ramil Osmanlı Nəsimi bazarının sökülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bazarın sökülməsi müsbət hadisə olsa da, yerində yaşayış binasının tikilməsi ərazidə bir sıra problemlərin yaranmasına gətirib çıxaracaq:

“Ümumilikdə götürdükdə bazarın sökülərək yerində çoxmərtəbəli binaların tikilməsinin tərəfdarı deyiləm. Çünki bu, nəqliyyat infrastrukturunun daha da iflic vəziyyətə düşməsinə gətirib çıxaracaq. Digər tərəfdən isə həmin ərazidəki məskunlaşmanın sıxlığını artıracaq.

Bazarın sökülməsi yaxşı hal olsa da, göydələnlərin tikilməsi ilə orda ikinci bir “bazar” yaranmış olur. Əvvəl orda sadəcə, kənd təsərrüfatı bazarı mövcud idisə, indi 4 hündürmərtəbəli binanın birinci, ikinci mərtəbələrində kommersiya obyektləri fəaliyyət göstərəcək. Həmin obyektlər də əslində bazar hesab oluna bilər. Azadlıq prospekti kimi mühüm bir nəqliyyat axını olan yolun kənarında yerləşən bazarın sökülərək yerində bina tikilməsi təbii ki, nəqliyyat sıxlığı yaradacaq, digər böyük küçələrə çıxışları məhdudlaşdıracaq”.

R.Osmanlı Nəsimi bazarının yerində tikiləcək göydələnlərin kommunal problemlər də yaradacağını söyləyib:

“Paytaxtda Nəsimi bazarı ilə yanaşı, bəzi ərazilərdəki bazarların da yeri dəyişdirilməlidir. Təəssüf ki, şəhər mərkəzində 5 və 9 mərtəbəli köhnə binaların yaxınlığında yerləşən ərazilərdə inşa olunan yeni tikililərin, çoxmənzilli binaların əksəriyyətində infrastrukturun yenilənməsi prosesi həyata keçirilmir. Bu proses kifayət qədər xərc tələb etdiyindən bəzi hallarda tikinti şirkətləri sadəcə köhnə binaların kommunal xətlərindən istifadə edirlər. Bu da əlavə yüklənməyə gətirib çıxarır və nəticə etibarilə çox ciddi problemlər yaranır. Təsəvvür edin ki, 200 ailənin məskunlaşdığı ərazi üçün nəzərdə tutulmuş kommunal təchizatdan 2000 ailə istifadə etməli olacaq”.

Qeyd edək ki, bu ilin sonuna kimi Bakının məşhur Nəsimi bazarı söküləcək. Bazarın ərazisi "Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə başlanılıb. Bu ilin sonunadək bazar tam sökülərək, yerində 4 böyük göydələnin tikintisinə başlanılacaq.

Binaların “OLYMPUS park” şirkəti tərəfindən inşa ediləcəyi bildirilir.

Tarix
2018.11.14 / 14:22
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla