Yuxarı

Nazir pensiya yaşını açıqladı: Staj amnistiyası tətbiq edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il pensiya yaşı kişilər üçün 64, xanımlar üçün 61 nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bu sözləri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, Azərbaycan dövləti tərəfindən 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslər üçün 25 il olaraq "staj amnistiyası" hesab olunacaq:

“2006-cı ilə qədər olan staj müddəti “staj amnistiyası”na düşəcək. Yəni həmin il insanın stajı 15 il və ya 22 il belə olsa, dövlət tərəfindən 25 il staj təqdim ediləcək və 2021-ci ildən etibarən isə bu staj aministiyası 1 il-1 il azalmağa başlayacaq. Ancaq bu qərar staj illəri 25-dən çox olan şəxslərə təsir etməyəcək. Belə ki, həmin insanlar fərdi qaydada müraciət edib, stajlarını təsdiq etdirə bilərlər”.

Nazir vurğulayıb ki, hesablamalarımıza görə, pensiya yaşına çatanların çoxunda bu staj yoxdur:

“Əlimizdə fərdi uçot rəqəmləri var, bunun əsasında 2006-cı ildən sonrakı dövrü hesablayacağıq. Hazırda fərdi uçot məlumatı olan 3 milyon 600 mindən çox insan var. Pensiya təyinatının tam şəkildə elektronlaşdırılması üçün böyük elektron sistemlər yaradılır, təmizlənir, dəqiqləşdirilir. Artıq dekabrın 15-dən etibarən test rejimində sınaqlar keçiriləcək. Yanvarın 1-dən isə real rejimdə pensiya təyinatlarına başlanılacaq”.

Tarix
2018.11.18 / 00:57
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla