Yuxarı

Azərbaycanda informasiya ehtiyatlarına hücum... - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada bildirilir.

Qurum bəyan edib ki, DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısamüddətli fasilələr yaranıb.

İnternet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.

Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, daimi olaraq resurslarının monitorinqinin həyata keçirilməsi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətlərin müvəqqəti olaraq məhdudlaşdırılması tövsiyə edilir.

Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur.

Tarix
2022.08.09 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla