Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2017


Boşanma övladlara necə deyilməlidir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bizim valideynlərimiz ayrılan zaman ər-arvad olaraq boşanmırlar, həm də ana-ata olaraq ayrılırlar. Belə vəziyyətdə isə ən böyük ziyanı övladlar çəkir.

Bu sözləri uşaq psixoloqu Narınc Rüstəmova boşanma hallarının uşaqlara psixoloji təsiri ilə bağlı Axar.az-a danışarkən deyib. O, boşanma qərarı verən ailələrə mütləq şəkildə psixoloq yardımı almağı məsləhət görüb:

"Çox vaxt boşanan valideynlər həm özləri, həm də övladları kifayət qədər zərbə aldıqdan sonra psixoloqa üz tuturlar. Ancaq bu çox gecikmiş addımdır. Ümumilikdə, boşanmadan öncə baş verən davamlı mübahisələr, tez-tez övladlarını da götürüb ata evinə qayıtmaq uşaqlarda fəsadlar yaradır. Onlar dərslərinə maraq göstərmir, özlərinə olan güvəni itirirlər.

Tərəflər ər-arvad məsuliyyətindən imtina etsələr də, ana-ata olduqlarını unutmamalıdırlar. Bu cür ailədaxili münaqişələr uşaqlara 3-6 yaş arası daha ağır təsir göstərir. Çünki bu yaşda onlarda MƏN, şəxsiyyət formalaşır. Belə hallar isə bunun formalaşmasına mane olur. Bu yaş qrupundan olan uşaqlar itkini çox ağır qarşılayır. Bu cür uşaqlar daim atanı, böyüdükdən sonra isə başqa insanlarda ata qayğısını axtarır.

Çalışmaq lazımdır ki, boşanma qərarını 7 yaşına qədər uşaqlarla bölüşməsinlər. Bu dönəmdə valideynlər hadisəni şişirtmədən, övlada həyəcan yaşatmadan izah etməlidirlər.

Valideyn övladı qarşısına çağırmalı və deməlidir: "Biz ata ilə bir qərar qəbul etmişik. Bir az ata ilə bir yerdə qalmayacağıq. Biz nənəgildə yaşayacağıq. Oradan bağçaya, gəzməyə gedəcəyik..."

Ana çalışmalıdır ki, uşaqda buna həvəs yaratsın. Təbii ki, bu prosesdə ata da anaya dəstək olmalıdır. Mütləq şəkildə ana-ata obrazı itməməlidir.

Zamanla uşaq hər şeyi özü dərk edəcək və artıq o, valideynlərinin boşandığını asanlıqla anlayacaq. Belə olanda isə bu uşağa zərər verməyəcək. Ola bilər ki, uşaqda cavabsız suallar yaransın. Məktəbdə yoldaşlarını döyə, hər kəslə dalaşa, aqressiv davranışlar sərgiləyə bilər. Bunların olmaması üçün ana övladına 3-cü şəxsin adı ilə mesajlar verməlidir.

Ümumiyyətlə, bizdə hər 10 qadından 9-u boşandıqda sağlam, sakit formada ayrıla bilmir. Əksər hallarda boşanmalar uşaqların formalaşmasında, eləcə də gələcəkdə şəxsiyyət olmasında öz izini buraxır.

Bu gün azyaşlı uşaqların öz müəlliməsini və yaxud müəllimini sevmə səbəbi məhz bundan qaynaqlanır.

Çox təəssüf ki, bizdə az hallarda boşanma zamanı övlada dəyən mənəvi zərər barədə düşünülür. Ananın aqressivliyi boşanıb ata evinə gələndən sonra da davam edir. Bəzən boşanmadan aylar-illər keçməsinə baxmayaraq, ata evində hər gün bu müzakirələr davam edir. Bu isə övlad üçün olduqca zərərlidir.

Bizim qadınların ən böyük yanlışı boşandıqdan sonra atanı övladdan məhrum etmələridir. Nə olmasından asılı olmayaraq, valideynlər verdikləri istənilən qərarda ana-ata olduqlarını unutmamalıdırlar".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 7,5 min boşanma halı qeydə alınıb.

Tarix
2015.11.03 / 08:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
loading...
Digər xəbərlər

İlham Əliyev 2 sərəncam, 4 fərman imzaladı

“Azərsu” qazdı, torpaqlayıb “istifadəyə” verdi - Açıqlama

Gülağa Bəşirov işdən çıxarıldı

Bu universitetdə maaşlar artırıldı

Yanacaqdoldurma məntəqəsində yanğın: 2 nəfər...

Paşayeva milli mükafata layiq görüldü – Foto

Zakir Həsənov BƏƏ generalı ilə görüşdü - Foto

Binalara niyə normal istilik verilmir? – Rəsmi

Bakıda regionlararası görüş keçirilir - Foto

Bu avtobusun marşrutu dəyişdi

KULT
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla