Yuxarı

Bakıya internet ötürən şirkətin taleyi necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kavkasus Onlayn" şirkətinin "Bilayn" tərəfindən alınması həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Bilayn" şirkəti yayıb. Şirkət həmçinin "Kavkasus Onlayn"ın TV və simli internet xidmətini almaq istədiklərini bildirib:

"Biz Qara dənizin dibi ilə gələn fiber optik kabellə maraqlanmırıq. "Kavkasus Onlayn"ın aktivlərinin alınması "Bilayn"a yeni abonentlər əldə edilməsi baxımında imkanlar yaradacaq".

Qeyd edək ki, bundan öncə Gürcüstan mətbuatı Rusiyanın "Vimpelkom" şirkətinin törəməsi olan "Bilayn"ın "Kavkasus Onlayn" kompaniyasını alması haqqında informasiya yayıb. Məlumata əsasən, "Bilayn" "Kavkasus Onlayn"ın bütün aktivlərini əldə edib.

Hazırda "Kavkasus Onlayn" uğrunda iki şirkət - "Maqtikom" və "Vimpelkom" mübarizə aparır. "Maqtikom" Gürcüstan-ABŞ şirkəti hesab edilir.

"Kavkasus Onlayn" şirkəti Gürcüstanın internet tranzitinin 61%-nə nəzarət edir. O, həmçinin, Qara dənizin dibi ilə Gürcüstana Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz bu kabel vasitəsilə Ermənistanın 85%-i, Gürcüstanın 55%-i, Azərbaycanın isə 50%-i internetlə təmin edilir.

Tarix
2016.01.05 / 16:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla