Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Noyabr 2018


Mitinqlərdə göyərçin buraxan Nikol indi quş buraxır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir kürsüsündə əyləşən Paşinyan hələ ki, əməlləri ilə yox, bəyanatları ilə gündəmdə qalmağa çalışır. Səbəb isə verdiyi bəyanatların kəskin olmasıdır. Maraqlıdır, hakimiyyətə gəlməmişdən qabaq hər saniyə sülh göyərçini uçurtmağa hazır olan Paşinyan niyə quş buraxmağa başladı?

Paşinyanı danışdıran qorxu

Paşinyan bu gün Ermənistan tarixində siyasi baxımdan yetim qalan ilk baş naziridir. Şahlıq quşunu başına qonduran qüvvələr bu gün Paşinyana dayaq olmaq əvəzinə, sadəcə, tamaşaya baxırlarmış kimi kənarda dayanıblar. Bu isə Paşinyanı qorxudur və hazırda siyasi dairələrin, kütlənin dəstəyini qazanmaq üçün əlindən gələni edir. Bəs nə edir?

Gördüyü ilk iş Ermənistan sakinlərinə verdiyi vədlərin altından çıxmaq oldu. Hazır komandası yox, pafosla da hakimiyyəti idarə etməyin mümkünsüzlüyünü görən qəhramanımız özünə stabil sosial baza toplamağa başladı. Buna görə keçmiş rəqibləri, ən əsası isə Qarabağ klanına savaş elan etdi. Düzdür, həbs olunanlar, hədəfə alınanlar tapıldı. Amma bu, yetərli olmadı. Kütlə ilə Paşinyan arasındakı doğmalıq buz kimi əriməyə başladı. Bu günün özündə kütlə ilə Paşinyan dəstəsi bir-birindən sürətlə uzaqlaşmaqda və baş nazirin başına olan inam itməkdədir. Bunu Paşinyan görür və gördükcə də “panik atak” durumunda bəyanatları sıralayır.

Ziyalılardan uzaq tin uşağı

Paşinyanı qorxudan başqa məqam Ermənistanın az-çox mövcud olan ziyalılarından uzaq düşməsidir. Hesab edilirdi ki, demokrat imiciylə meydana atılan Paşinyana demokratik, azad düşüncəli ziyalılar dəstək verəcək. Amma... alınmadı. Ziyalılar imkan daxilində Paşinyandan uzaq qaçdılar və bununla da orta təbəqə ilə Paşinyan arasındakı körpülər yandı. Hazırda Paşinyanın sosial bazası, kobud dildə desək, tin uşaqlarıdır. Hansılar ki, mitinqlər zamanı boş vaxtlarını meydanda xaos yaratmaqla missiyalarını başa vururdular. Bu baza ilə hakimiyyəti qoruyub saxlamaq isə mümküsüzdür. Həm də ona görə ki, illər boyu aldadılan erməni lobbisi də artıq ziyalıların dəstək vermədiyi hansısa hakimiyyəti dəstəkləmək niyyətini nümayiş etdirmir.

Qarabağ klanına uzanan əl

Paşinyan hakimiyyətə gəlmək üçün uzun illər Ermənistanın yerli əhalisini istismar edən Qarabağ klanını açıq şəkildə hədəfə aldı. Günah keçisi kimi bıçaq qarşısına çıxarılan Qarabağ klanı ilk günlərdə özünü itirdi və tam təslim xətti tutdu. Amma bir neçə həbsdən sonra Qarabağ klanı buraxdığı yanlışlığı başa düşdü və müqavimət güclənməyə başladı. Proseslərin bu şəkildə inkişafı sübut edir ki, bir müddətdən sonra klan siyasi iradəsini Paşinyana yedizdirəcək. Paşinyanın isə çıxış yolu Qarabağ klanı ilə atəşkəs əldə etməkdir. Elə buna görə də ermənisayağı Robin Qudluq edən Paşinyan Azərbaycana ünvanlı ən sərt bəyanatlarını verir. Hətta əli qana batan Köçəryan belə onun kimi kəskin bəyanatlar vermirdi.

Bu bəyanatlara kimlərinsə inanması ağılabatan deyil. Ona görə ki, Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan ordusu Naxçıvan istiqamətində gülünc duruma düşdü və aydın oldu ki, Nikolun bəyanatı Azərbaycan əsgərinin tüfənginin lüləsinə qədərdir.

Növbəti seçkilər və xaos

Paşinyan artıq hiss edir ki, qarşıdan gələn seçkilər heç də rahat olmayacaq və qısamüddətli hakimiyyəti devriləcək. Artıq indinin özündə Ermənistanda siyasi xaosun cizgiləri görünür və bunu starteji araşdırma mərkəzləri də təsdiqləyir. Elə Rusiya Prezidenti Vladimir Putinin Paşinyanı qəbul etməsi zamanı yaşananlar da buna sübutdur. Vladimir Putinin Paşinyana hərəkətini bilməyən körpə uşaq kimi baxması da bununla bağlı idi.

Bir sözlə, Paşinyan hazırda baş nazir olmasının peşmançılığını çəkən ilk ermənidir.

Tarix
2018.09.19 / 16:14
Müəllif
Eldəniz Elgün
Şərhlər
Загрузка...
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla