Yuxarı

“Direktor Türkiyədə yox, gimnaziyada olub”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gimnaziyanın sökülən korpusunda işləyən müəllimlərin əsas binaya köçürülməsi gözlənilir. Heç bir müəllim buna görə işdən çıxarılmayacaq".

Bu sözləri Axar.az-a Təhsil Nazirliyinin tabeçiliyində olan Respublika İncəsənət Gimnaziyasından adını açıqlamaq istəməyən müəllimə gimnaziyanın bir korpusunun sökülməsi ilə otaqsız qalan 200-dən çox müəllimin aqibətindən danışarkən dedi.

Müəllimənin sözlərinə görə, hazırda gimnaziyada son təmir işləri aparılır. Dərs ilinə kimi bütün problemlər aradan qaldırılacaq:

"Gimnaziyanın bir korpusunun sökülübsə, bu o demək deyil ki, orada işləyən müəllimlər işdən çıxarılacaq. Hamısı binanın əsas korpusuna köçürüləcək".

Gimnaziyanın direktoru ilə danışmaq istəsək də, müəllimə onun təmir işləri ilə əlaqədar SOCAR-a getdiyini bildirdi:

"Direktor təmir işləri ilə əlaqədar gimnaziyada çox az olur. Bu gün yəqin ki, axşam gələr. Yay ərzində də direktor Türkiyədə yox, gimnaziyada olub".

Qeyd edək ki, Təhsil Nazirliyinin tabeçiliyində olan Respublika İncəsənət Gimnaziyasının tələbələrinin valideynləri və bir qrup müəllimi Axar.az-a şikayət məktubu ünvanlayıb. Onları gimnaziyanın uzun illərdir bərbad vəziyyətdə olması və gimnaziyanın bir korpusunun sökülməsi ilə 200 nəfərdən çox müəllimin işsiz qalma ehtimalı narahat edir.

Tarix
2014.09.09 / 21:08
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla