Yuxarı

ABŞ Rusiyaya qarşı “soyuq müharibə” elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqresin qəbul etdiyi 758 saylı qərar Rusiyaya qarşı silsilə sanksiyaları nəzərdə tutur.

Musavat.com xəbər verir ki, "soyuq müharibənin" başa çatmasının 25 illiyində dünya ikinci "soyuq savaşı" yaşayır. ABŞ Konqresi Rusiya əleyhinə olan 758 saylı qərarı təsdiqləyib. "Rusiyanın səsi" radiosunun məlumatına görə, bu qərar ABŞ prezidentinə Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı embarqo qərarları qəbul etmək səlahiyyətləri verir.

Bundan başqa qərarda rusiyalı yüksək vəzifəli məmurlara sanksiya tətbiq edilməsi və xarici banklardakı hesablarının dondurulması təklifi var. Bir maddə isə rusdilli ölkələrdə Amerika yayımlarının bərpa olunmasını nəzərdə tutur.

ABŞ Konqresinin aşağı palatasında keçirilən səsvermədə qərar 411 nəfər lehinə və 10 nəfər əleyhinə olmaqla qəbul edilib. Ümumilikdə isə 758 saylı qərarın 10 maddəsi birbaşa Rusiyaya təzyiqləri nəzərdə tutur. Qərarda Ukrayna hakimiyyətinin müdafiə və kəşfiyyat sahəsində dəstəklənməsi, eləcə də "Rusiyaya qarşı embarqo koalisiyasına" qoşulması üçün digər ölkələrə təzyiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq, qərarda "xəbər və oxşar məlumatların rus dilində hazırlanaraq rusdilli ölkələrdə yayılması" təklif olunur.

ABŞ Konqresinin üzvü Dennis Kuciniç 758 saylı qərarı Rusiyaya qarşı "soyuq müharibə" elan olunmasına bərabər addım kimi dəyərləndirib.

Tarix
2014.12.05 / 01:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla