Yuxarı

İrəvandan gülünc addım: “Ankaraya sanksiya…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan türk mallarının idxalına qadağa tətbiq edilməsi imkanlarını nəzərdən keçirir.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın İqtisadiyyat naziri Arsvik Minasyan parlamentdə çıxışı zamanı bildirib. Parlamentdəki deputatlardan biri təklif edib ki, türk mallarının idxalına qadağa qoyulsun, diplomatik münasibətlərin olmadığını nəzərə alaraq Türkiyəyə aviareyslər dayandırılsın. Buna səbəb kimi Qarabağ münaqişəsi ilə bağlı Ankaranın Bakıya açıq dəstəyi göstərilib.

Minasyan isə məsələyə reaksiyasında bildirib ki, Ermənistan iqtisadiyyatına təhlükə yaradan malların idxalı ilə bağlı qaydalar nəzərdən keçiriləcək. Nazir qeyd edib ki, Türkiyə ilə ikitərəfli siyasi münasibətlərlə bağlı qəti qərar qəbul ediləcək:

"Türkiyə kimi Ermənistan da Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvüdür, ancaq bizim üzvlüyümüzü Ankara tanımır. Biz bunlardan iqtisadiyyatımızı qorumalıyıq".

Qeyd edək ki, regiondakı bütün meqalayihələrdən kənarda qalan Ermənistan yalnız İran və qismən Rusiya ilə ticari əlaqələr saxlayır. Buna baxmayaraq, bu ölkədə yoxsulluq 70 faizi (gündəlik 5 dollara qədər qazancı olan ailələrlə bağlı yeni baxışa əsasən) adlayıb.

Rəsmən iqtisadi və siyasi münasibətlərinin olmamasına baxmayaraq, Ermənistan əhalisinin əhəmiyyətli hissəsi – 100 min nəfər Türkiyədə işçi miqrant kimi çalışır və ailələrinə çörəkpulu göndərirlər. İqtisadiyyatı dağılmış kiçik Ermənistanın "Türkiyəyə sanksiya" iddiasını irəli sürməsi gülünclük və özünəqəsddir.

Tarix
2016.04.28 / 09:09
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı ilə İrəvan arasında sülhə inanırıq - ABŞ

Kremldə Paşinyanla Putin arasında nə baş verib?

Bayramov ukraynalı həmkarı ilə danışdı

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

Şeyx Dünya İslam Alimlərinin toplantısında - Foto

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi

Qərbi azərbaycanlıların yaşadıqları tarixi faciədir - Nart

Əli Əsədov Caludla görüşdü

Bu dövlətlərə yardım bizim üçün mənəvi borcdur - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla