Yuxarı

Zaqatalada ağır qəza: ölənlər var - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:41

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, VAZ 2107 və “Niva-Şevrolet” markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəzaya səbəb nəqliyyat vasitələrinin sürət həddini aşması olub.

Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolu bir müddət bağlı qalıb. Lakin hadisə şahidlərinin köməyi ilə nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb və magistralda hərəkət bərpa olunub.

Qəza yerinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Briqadası cəlb edilib. İki nəfərin hadisə yerində öldüyü, daha bir neçə nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Hazırda hadisə yerində araşdırmalar aparılır.

***

Zaqatalada baş verən ağır qəza ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Şəki regional qrupundan bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Şevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Tarix
2024.05.13 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Rusiyanı ən zəif yerindən vurdular - Ekspert

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla