Müasir insanın bir növ köməkçisinə çevrilmiş
avtomobillərin maraqlı tarixi və inkişaf mərhələsi olub. Bu
"köməkçi" haqqında bəzi maraqlı faktlar da var.
Axar.az Avtosfer-ə istinadən maraqlı məlumatları təqdim
edir:
İlk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili
rıçaqın köməyi ilə idarə edib.
Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata
çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan
sonra 40 millisaniyə ərzində açılırlar.
Ferrari bir gündə 14 avtomobil istehsal edir. Beləliklə, hər gün
14 Ferrari superkarı işıq üzü görür!
Tata Nano dünyada ən ucuz avtomobildir. 2500 ABŞ dollarına.
Avtomobildə şüşətəmizləyənlər ilk dəfə qadın tərəfindən tətbiq
edilib.
Nikolas Kaqnot buxar mühərriki quraşdırılmış ilk avtomobili
düzəltdikdən iki il sonra buxarla işləyən başqa bir nəqliyyat
vasitəsi də ixtira etdi. Bir dəfə onun hazırladığı nəqliyyat
vasitəsi divara dəydi. Bu, tarixdə ilk avtomobil qəzası idi.
Amerika avtomobillərinin çoxu "Fa" notunda səs siqnal
verirlər.
"Formula-1"yarışlarındakı Ferrari komandasının unikal
xüsusiyyəti ondadır ki, bu komanda öz avtomobilləri üçün şassi və
mühərrikləri özü hazırlayır.
Cəmi 107 Ford GT40 modeli hazırlanıb, onlardan yalnız yeddisi
adi yollarda hərəkət edən avtomobillərdir.
Bu gün dünyada ən böyük avtomobil Liebherr T 282B alman yük
avtomobilidir. Onun çəkisi 222 tondur. Kabinəyə daxil olmaq üçün
sürücü 16 pilləni qalxmalı olur.
Rolls-Roys avtomobilini bamperindəki heykəlciyin dəyəri 5000
dollardır. Bu avtomobillərin çoxu sifarişlə hazırlanır. Deyilənlərə
görə, adambaşına sayca ən çox Rolls-Roys düşən ölkə Honkonqdur.
Hətta bu iddia doğru olmasa belə, əfsanəvi Honkonq oteli
"Peninsula"nın avtoparkında 15 Rolls-Roys avtomobili var. Onlardan
biri 1934-cü ildə buraxılmış Fantom-dur. Bu avtomobil bir çox kino
ulduzlarını, o cümlədən bir neçə dəfə Ceyms Bondu daşıyıb.
Statistikaya əsasən, milyonçuların 80%-i işlənmiş avtomobil
alır.
"Pobeda"avtomobilini əvvəlcə "Rodina" (tərcüməsi "vətən"
deməkdir) adlandırmaq planlaşdırılmışdı. Bundan xəbər tutduqda
Stalin kinayə ilə soruşmuşdu: "Vətəni neçəyə satacaqsınız?" Bundan
sonra avtomobilin adı dərhal dəyişdirildi.
Tıxaclar ilk dəfə Romada yaranıb. Buna görə də məhz italyanlar
küçə tıxaclarının "yaradıcıları" hesab olunurlar. Yeri gəlmişkən,
indi Romada şəxsi avtomobillə şəhərin mərkəzinə daxil olmaq
qadağandır. Bu qayda yalnız şəhərin mərkəzi hissəsində yaşayanlara
tətbiq edilmir.