Yuxarı

Əlləri olmayan bakılı gəncdən avtoklass - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlləri olmayan bakılı gəncdən avtoklass - Video

Hər iki əlindən məhrum gənc avtomobil idarə edir, özü də saatda 170 kilometr sürətlə. Daha da qəribəsi, əlləri olmayan Elnur Zülfəliyev mühafizəçi işləyir.

Xezerxeber-in əməkdaşları həmin gəncin avtomobildə əyləşib onun maşını necə idarə etməsini lentə alıblar.

Hər iki əli yoxdur, amma VAZ-2107 markalı avtomobili saatda 170 kilometr sürətlə idarə edir. Sürət qutusunu isə ayağı ilə dəyişir. Paytaxtın Qaradağ rayon sakini 25 yaşlı Elnur Zülfəliyevin sözlərinə görə, 2003-cü ildə, 6-cı sinifdə oxuyanda uşaqlarla oynayarkən elektrin transfarmatorunun içinə girib. Yerdə olan məftili götürmək istəyərkən elektrik cərəyanın vurması ilə əllərini tirib.

Əlləri olmasa da, mühafizəçi işləyən Elnur Zülfəliyev maaşını toplayıb özünə avtomobil alıb. Ancaq dəfələrlə sürücülük vəsiqəsi almağa təşəbbüs etsə də, polis icazə verməyib. Əlil olduğunu qəbul etməyən Elnur Zülfəliyev idarə etdiyi avtomobillə bir çox sürücüyə meydan oxuyur.

Söhbət zamanı o, avtomobilini göstərilən maksimum sürəti ilə idarə etdiyini də dedi. Baxmayaraq ki, bu onun üçün belə vəziyyətdə olduqca təhlükəlidir.

Tarix
2016.09.01 / 09:40
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla