Siz nə vaxtsa sükanı necə, hansı hərəkətlərlə idarə
etdiyinizə fikir vermisiniz?
Axar.az xəbər verir ki, insanların sükanı necə tutması, hansı
əlindən və necə istifadə etməsi onun xarakterindən xəbər verir.
Öncə verilən rəsmdə sizə uyğun gələn şəkillərdən birini seçin,
sonra isə xarakteriniz haqda oxuyun.
1. Sürücü özünə inamlı, soyuqqanlı, intizamlı biridir. Çox güman
ki, kifayət qədər qaradinməzdir və yolda danışmağa sevmir. Lazım
olan mənzilə sizi çatdıracaq, amma yolda əyləncəni özünüz
yaratmalısınız.
2. Sürücü özünə çox da əmin deyil. Tez-tez qarşısına çıxa
biləcək təhlükələr barədə düşünür. Belə sürücülər yolboyu nizamsız
manevr və hərəkətlərlə yadda qalır. Yaxşısı, sürücünü söhbətinizlə
məşğul etməyin, sonu pis qurtara bilər.
3. Bu tip sürücü olduqca şən və nəzakətlidir. Asanlıqla maşını
idarə edir, sərnişinlərlə söhbətin əleyhinə deyil. Yoldakı
döngələrə, dəyişmələrə vaxtında reaksiya verir. Maşını şən və
təhlükədən uzaq idarə edir.
4. Əllərin belə vəziyyəti sürücünün həddən artıq cəsarətli və
inadkar olduğunu göstərir. Ətrafdakı "axmaqlara" həmişə reaksiya
verir, hər kəsi danlayır, önündə olan maşınları birmənalı şəkildə
ötüb keçməyə çalışır.
5. Bu sürücülər pessimistlərdir. Onlara yolboyu həmsöhbət deyil,
dinləyici lazımdır. Çünki bu tip sürücülər bütün yolboyu öz
problemlərindən danışmağı sevir.
6. Özünə və təcrübəsinə arxayın olan sürücüdür. O, yolboyu
danışmağı da bacarır, susmağı da. Maşını çox yaxşı idarə edir,
lakin yerli-yersiz, çox danışmır. Yalnız ətraf boşalandan, tam
təhlükəsizlikdə olandan sonra söhbət etməyə başlayır.
7. Bu tip sürücülər xəyalpərəstdir. Onları uzun müddət eyni
halda, eyni hərəkətlərlə görmək çətindir. Daim jestlər edir,
mimikalarını dəyişir, əlləri ilə nəyisə təsvir etməyə çalışır.
8. Bu tip sürücülər olduqca əsəbidir. Belə sürücü ilə yol getmək
ən böyük cəzadır. Ətrafda baş verən hər şeyə reaksiya verir, hamını
günahlandırır, pəncərəni açıb digər sürücüləri təhqir edir.