Yuxarı

Bakıda “Kadillak Eskalad”ın satışına başlanıldı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda “Kadillak Eskalad”ın satışına başlanıldı - Foto

Bakıda 235 min manatlıq 2016-cı il model "Kadillak Eskalad" avtomobil satışa çıxarılıb. Avtomobilin interyer və eksteryerində köklü dəyişiklik olmasa da, qiyməti 70 min manata yaxın artıb.

Bu barədə fins.az-a "Şevrolet" və "Kadillak" markalarının rəsmi dileri "Performance Center" şirkətindən bildirilib. Lüks avtomobilin satışına ötən həftədən etibarən başlanılıb.

Bakıda 18 litr yanacaq işlədir

Rəsmi dilerdən bildirilib ki, yeni model güclü mühərriki və aerodinamik özəllikləri ilə diqqət çəkir. Belə ki, 6.2 l mühərrik 402 at gücü hasil edir. Bu qiymətə avtomobil alanlar üçün onun yanacaq sərfiyyatı o qədər də əhəmiyyət daşımır. Amma xatırladaq ki, yeni "Kadillak Eskalad" şəhər yollarında ,xüsusilə də tıxacda 18 litr yanacaq işlədir.

Texniki yeniliklər

Avtomobilin yenilikləri sırasında isə daxildə yer alan güclü Bose səs sistemi, 12 düymlük LCD ekran, sürücü rahatlığı üçün inkişaf etdirilmiş saxlama sistemini misal göstərmək olar. Bundan əlavə avtomobildə toqquşma ehtimalı olduqda sensor sistemi sayəsində diqqətsiz sürücünü xəbərdar etmə siqnalı, nəqliyyat yavaşladıqda avtomobili avtomatik olaraq yavaşladan sistem quraşdırılıb. Təhcizatına gəldikdə isə "Kadillak Eskalad" platinum modifikasiyalı ilə satışa təqdim edilib.

Böhran lüks modellərin satışa təsir etmir

Maraqlıdır ki, Azərbaycanda avtomobil satışlarda böhran yaşanmasına baxmayaraq, lüks modelin satışında bu hiss edilmir. 235 min manatlıq avtomobilin alıcıları heç də az deyil. "Performance Center"dən verilən məlumata görə, yenicə satışına başlanılan "Eskalad" modelindən hazırda salonda yalnız biri qalıb. Digərləri isə artıq satılıb.

Tarix
2016.10.24 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla