Yuxarı

Artıq gerçək olur: "Uçan taksi"lər xəttə çıxır - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artıq gerçək olur: "Uçan taksi"lər xəttə çıxır - Foto

Avstraliyada Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatı “uçan taksi” xidmətlərinin "Uber" kimi beynəlxalq şirkətlər tərəfindən ölkələrinə gətirilmə planlarının olduğunu və 5 il içində həyata keçirilə biləcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Avstraliyanın hava məkanını nəzarətdə saxlayan bu təşkilat, böyük şəhərlərdə və iş mərkəzlərinin olduğu bölgələrdə “uçan taksi” layihəsinin həyata keçirilməsinə başlanılacağını açıqlayıb.

Milyonlarla dollar dəyərində olan bu layihəni həyata keçirməyə hazır olan Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatının sözçüsü Peter Gibson bildirib ki, layihə dünyada bir ilkdir.

Gibson bildirib ki, "Uber" şirkəti layihənin həyata keçirilməsi üçün artıq təşkilata müraciət edib: “Şirkət artıq qurumumuza müraciət edib və irəli sürdüyümüz şərtlərin əksəriyyəti ilə razılaşıb”.

“Uçan taksi” layihəsinin maraqlı tərəfi isə onun ucuz başa gəlməsindədir. Eynilə helikopter kirayəsində olduğu kimi aparılan proses, müştərilərə daha uyğun qiymətlərlə xidmət göstərməyə imkan yaradacaq.

Belə ki, nəqliyyat idarəetmə sistemi tərəfindən nəzarətdə saxlanılan elektrikli təyyarələr istehsal ediləcək və müştərilər bu təyyarələr sayəsində aldıqları xidmət üçün helikopter kirayəsinə verdikləri pulun yarısı qədər pul ödəyəcəklər.

Şirkət rəsmisi "Uber" tərəfindən həyata keçiriləcək layihədə elektrikli təyyarələr üçün ayrıca pilotların olacağını və təhlükəli məqamlarda kənardan müdaxilə edilə biləcəyini də deyib.

Bundan başqa qeyd edək ki, artıq beynəlxalq şirkət olan "Uber"ə alternativ olacaq daha bir şirkətin yaradılması üçün NASA ilə anlaşma imzalanıb.

Tarix
2018.12.30 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla