Yuxarı

Dünyanın superkompüteri 2 il sonra işə salınacaq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2017-ci ildə dünyanın ən güclü hesablama kompleksini istifadəyə vermək niyyətindədir.

Axar.az xəbər verir ki, hazırda Çin Milli Müdafiə Texnologiyaları Universiteti tərəfindən hazırlanan "Tianhe-2" superkompüteri dünyanın ən güclü superkompüteri hesab edilir. Məhsuldarlığı 33,86 petaflopsa çatan "Tianhe-2" saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Həmçinin superkompüterin ən yüksək məhsuldarlığı 54,9 petaflops təşkil edir.

Qeyd olunur ki, ABŞ-ın gələcək superkompüteri hazırda Top-500-də "Tianhe-2"-dən sonra ikinci yeri tutan və sürəti 17,59 petaflops təşkil edən "Titan" sistemindən beş dəfə sürətli olacaq. Beləliklə, yeni sistem 85 petaflops səviyyəsində məhsuldarlığa malik olacaq.

Bildirilir ki, superkompüter ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasında yerləşəcək. Hazırda layihə "Summit" adlandırılır. Hesablama kompleksinin gücünü materialşünaslıq, enerjinin saxlanılması və nüvə qurğuları sahəsində tədqiqatların aparılması üçün cəlb olunması planlaşdırılır.

Tarix
2014.11.21 / 00:21
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla