Yuxarı

100 min manata uçan avtomobil - Foto/Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən fantastik filmlərdə gördüyümüz sensorlu cihazlar, nəqliyyat vasitələri, sadəcə, bir barmaqla idarə olunan elektron avadanlıqlar artıq həyatımızın bir parçasına çevrilməkdədir.

Musavat.com-un məlumatına görə, vaxtilə bütün bunların sadəcə, filmlərdə ola biləcəyini düşünürdük. Amma indi filmlərdə gördüklərimiz artıq gerçəkləşməyə başlayıb.

Həmişə heyrətlə baxdığımız həmin filmlərdə gələcək illərdə dünyanın necə formalaşacağı, uçan avtomobillər, qəribə formada tikilmiş binalar, qeyri-adi texnologiyalar təsvir edilirdi. Və bu, bizim üçün sadəcə, bir film olaraq qalırdı.

Amma belə anlaşılır ki, deyəsən, vəziyyət dəyişməyə başlayıb. Çünki uçan avtomobillər ixtira olunub və artıq satış üçün hazırlanır.

Slovakiyalı ixtiraçı Stefan Klein tərəfindən hazırlanan "Aeromobil" yolları və səmanı fəth etmək üçün günlər sayır. Həm quruda, həm də havada hərəkət etməyə qadir olan bu maşının sınaqları keçirilir.

Ölçü olaraq standart avtomobil dayanacaqlarına da sığan bu maşın avtoidarətməyə də sahibdir. Bundan əlavə "Aeromobil"də paraşüt də yerləşdirilib. Hər hansı bir qəza anında sürücünün təhlükəsizliyi düşünülüb.

"Aeromobil" bir çox helikopterlərdən fərqli olaraq, sərt zəminə rahatca enə bilir. Benzinlə çalışan "Aeromobil" qənaətli yanacaq sisteminə sahibdir. Quruda 850, havada 700 kilometrlik məsafəni qət edə bilən uçan avtomobil havada saatda 200, quruda 160 kilometr sürətlə hərəkət etməyə qadirdir.

2016-cı ildə satışa çıxarılması planlaşdırılan "Aeromobil" təxminən 100 min manata satılacaq.

Tarix
2014.12.10 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla